Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

FES bu il uçot dərəcəsini artıracağını bəyan etdi

FES

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) bəyan edib ki, sentyabrın 21-də keçirilmiş növbəti iclasda uçot dərəcəsi artırılmasa da, ilin sonuna qədər bu addım atılacaq.

Xeberinfo.com:   Xatırladaq ki, FES, keçən ilin dekabr ayında tarixinin ən aşağı səviyyədə olan uçot dərəcəsini bir pillə, yəni 0,25% bəndi artıraraq 0,25-0,50% diapazonuna çatdırıb. Ondan sonra qurumun 6 iclası olsa da, ABŞ-da iqtisadi göstəricilərinin zəif olması və qlobal maliyyə bazarlarında mənfi əhval-ruhiyyə nəzərə alınaraq uçot dərəcəsi artırılmayıb.

Ötəngünki iclasda çıxış edən FES rəhbəri Jannet Yellen hazırda ölkənin iqtisadi göstəricilərinin müsbət olduğunu bildirsə də, uçot dərəcələrinin artırılması üçün əlavə şərtlərin formalaşmasına ehtiyac olduğunu qeyd edib. J.Yellen həmçinin FES üzvlərinin bir çoxunun uçot dərəcəsini dekabr ayında artırılmasına tərəfdar olduğunu deyib.
FES rəhbəri şıxışında ABŞ-da əmək bazarının getdikcə güclənəcəyini, bunun da inflyasiyanı artıracağını və hədəflənmiş 2%-ə yaxınlaşdıracağını xatırladıb. O, ümumiyyətlə iqtisadiyyatın vəziyyətindən məmnun olduğunu, bank sektorunun etibarlılığının artdığını vurğulamaqla bərabər kommersiya tipli daşınmaz əmlak qiymətləri ilə icarə haqqlarının həddindən çox artaraq problem yarada biləcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam