Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“​Dolların məzənnəsi 1,35-1,40-a qədər ucuzlaşacaq”

dollarABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellenin dünən, martın 29-dakı çıxışında uçot dərəcəsinin “olduqca ehtiyatlı” artırılacağı barədə xəbərdarlıq edib.

Xeberinfo.com:  “Report” xəbər verir ki, bu açıqlama dolların zəifləməsinə gətirib çıxarıb. Belə ki, dollar avro ilə müqayisədə 1,2% ucuzlaşaraq 1,1303 səviyyəsin çatıb.

Qeyd edək ki, son bir həftədə FES məmurları uçot dərəcəsinin aprel və ya iyun aylarında keçirilməsi planlaşdırılan iclaslardan birində artırılmasının mümkünlüyünü vurğulayıblar. Dünənki iclasda investorlar C.Yellenin bu yöndə açıqlamalarını davam etdirəcəyi gözlənildiyi halda, FES rəhbəri daha ehtiyatlı mövqe nümayiş etdirib. O, ABŞ-da mövcud aşağı inflyasiya, Çin iqtisadiyyatındakı qeyri-müəyyənlik, qlobal iqtisadi konyunktura və ABŞ-da açıqlanan qarışıq istiqamətli iqtisadi göstəricilərə diqqət yetirməyi tövsiyə edib. Bununla bərabər Yellen əmək bazarında iqtisadi aktivliyin azalması səbəbindən tsiklik depressiyanın yarana biləcəyini vurğulayıb.

“Report”un analitik qrupu bildirir ki, cümə günü ABŞ-da açıqlanacaq əmək bazarının aktivlik göstəricisinin proqnozlara yaxın və ya daha aşağı olacağı təqdirdə dolların sürətlə zəifləyəcəyi gözlənilir. USD/EUR məzənnəsinin yaxın 2-3 ayda 1,20-1,22 səviyyəsinə qədər artması proqnozlaşdırılır. Belə olduğu halda, AZN/USD məzənnəsi 1,35-1,40, neftin qiyməti isə 50 dollar/barelə qədər yüksələcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam