Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Özəl Kredit Bürosu yaradılacaq


 

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Azərbaycanın bank ictimaiyyəti ilə Özəl Kredit Bürosunun (ÖKB) yaradılması məsələsi müzakirə edilib.

Xeberinfo.com:   Lent.az-ın məlumatına görə, görüşdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Özəl Kredit Bürosunun yaradılmasını təşəbbüsünü dəstəklədiyini bildirib. Onun sözlərinə görə, Palata ÖKB-nin yaradılmasını maliyyə xidmətləri infrastrukturunun inkişafına dəstək kimi qiymətləndirir və gələcəkdə banklarla yanaşı bank olmayan kredit təşkilatları, kommunal ödəniş sistemləri, mobil operatorlar və iri pərakəndə şəbəkələrinin də büronun üzvü olmalarını məqsədəuyğun hesab edir.

Tədbirdə çıxış edən ÖKB-nin yaradılması üzrə İcra Komitəsinə üzv kommersiya bankların nümayəndələri beynəlxalq təcrübə və büronun təsis edilməsi istiqamətində görülmüş işlər barədə məlumat veriblər. Qeyd edilib ki, texniki partnyor olaraq İslandiyanın “Creditinfo” şirkəti seçilib.

Texniki partnyor gələcəkdə büronun əsas səhmdarlarından biri olmaqla kredit hesabatlılığı prinsiplərinin öyrənilməsi və kredit bürosunun inkişafı strategiyasının hazırlanmasında yaxından iştirak edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam