Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Hər bir banka qarşı nəzarət tədbirləri tətbiq olunacaq

bank_albom_170415

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının növbəti iclası keçirilib.

 

Xeberinfo.com:   Palatadan verilən məlumata görə, bank sektorunda tənzimlənmənin təkmilləşdirilməsi məqsədilə bankların MBNP-ya təqdim etdikləri hesabatlara yenidən baxılıb və yeni hesabat forması qəbul olunub. Beynəlxalq standartlara cavab verən yeni hesabatlığın məqsədi makro-iqtisadi mühitə və tədiyyə balansının tarazlığına, o cümlədən milli valyutanın məzənnəsinə təsir edən amillərin ətraflı araşdırması üçün məlumat bazasının genişləndirilməsidir.
Palatanın mütəxəssisləri tərəfindən yeni hesabat formasının kommunikasiyası və bankların daxili informasiya texnologiyaları sistemlərinə inteqrasiyası məqsədilə bank ictimaiyyəti üçün xüsusi təlimlərin keçirilməsi barədə qərar qəbul edilib.
Direktorlar Şurasının iclasında həmçinin cari ilin 1-ci yarımilliyinin yekunları üzrə maliyyə sisteminin dayanıqlığı və bütövlükdə maliyyə sabitliyi məsələləri müzakirə edilib.
İctimaiyyətə məlumat verildiyi kimi, 1-ci rübün nəticələrinə əsasən bankların maliyyə göstəriciləri qiymətləndirilib və maliyyə dayanıqlığının möhkəmləndirilməsi, kapital və likvidlik mövqelərinin gücləndirilməsi ilə əlaqədar banklara fərdi göstərişlər verilib, hər bir bank üzrə icra planları hazırlanıb. İclasın gedişatında ayrı-ayrı banklar tərəfindən sağlamlaşdırma planlarının icrası durumu müzakirə edilib.
Müzakirələrin nəticəsi olaraq bir sıra bankların aktivlərinin keyfiyyəti və likvidlik mövqeyinin bərpası işinin qiymətləndirilməsi və kapitallaşma planlarının realizasiya vəziyyətinin dəqiqləşdirilməsi üçün qısamüddətli diaqnostik yoxlamaların aparılması barədə qərar qəbul olunub.
Bunun nəticəsi olaraq hər bir banka qarşı tətbiq olunacaq nəzarət tədbirləri müəyyən olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam