Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

"Əhali banklardakı əmanətlərini ehtiyac üzündən geri çəkir"

Əhali banklardakı əmanətlərini ehtiyac üzündən geri çəkir - iqtisadçı şərhi

 

 

İqtisadçı alim Qubad İbadoğlu əhalinin banklarda olan əmanətlərini geri çəkmələrinin səbəblər haqda düşüncələrini sosial şəbəkədəki səhifəsində bölüşüb.
Xeberinfo.com:   Tanınmış iqtisadçının şərhini oxuculara təqdim edirik:
Son 5 ayda əhalinin banklarda olan əmanətləri 2 milyard manat və ya 20,1% azalıb. Bunun başlıca səbəbi banklara əhali tərəfindən olan etimadsızlıqdır. Çünki, son zamanlar bankların maliyyə vəziyyətində müşahidə olunan qeyri-sabitlik əmanətçilər arasında ciddi narahatçılığa səbəb olub. Belə ki. bu ilin yanvar-may aylarında kredit qoyuluşunun 8,9 faiz azalması ilə yanaşı problemi kreditlərin həcminin 9,9 faiz artması onsuz da iqtisadi durumu pis olan bankların inamı daha da sarsıdıb. Texnikabankdan sonra Standart bankda maliyyə gərginliyini yaşayan müştərilərin vəziyyətinə düşməməyin yolunu digər banklardan da depozitlərini geri çəkməkdə görən əmanətçilərin sayının xeyli artması və onun getdikcə kütləvi xarakter alması bank sistemi üçün ciddi siqnal hesab oluna bilər. Təəssüf ki, nəinki Mərkəzi Bank, hətta Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi də bu prosesləri müşahidə mövqeyindədir. 
Əhalinin banklardan əmanətlərini geri çəkməyinin digər səbəbini isə əhalinin getdikcə yoxsullaşması, əvvəlki kimi dolana bilməməsi ilə izah etmək olar. Bu isə Azərbaycan iqtisadiyyatının kiçilməsinə görə bağlanan biznes strukturlarının, məhdudlaşan investisiya layihələrinin, ixtisar olunan iş yerlərinin, dəyərsizləşən əmək haqqı və pensiyaların, eləcə də bahalaşan qiymətlərə görə artan xərclərin yaratdığı yeni sosial-iqtisadi mühitin müasir tələbləri kimi qiymətləndirilə bilər. Bü mühitdə xüsusilə də orta təbəqənin şəxsi ehtiyatların tükənməsi onların bank yığımlarını geri çəkib istehlaka yönəltməsini şərtləndirir. Bu isə nə banklar və nə də depozitlərini geri çəkən müştərilə üçün yaxşı perspektiv vəd etmir. Çünki, bu əməliyyat nəticəsində hər iki tərəf, həm banklar və həm də əmanətçilər potensial qazanclarından məhrum olurlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam