Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Əhali banklardan əmanətini geri çəkir

Əhali banklardan əmanətini geri çəkir

Ekspertlər bildirirlər ki, proses davamlı ola bilər, Maliyyə Bazarlarına Nəzarət Palatasından gözləntilər çoxdur...
Xeberinfo.com:  Əhalinin banklardakı əmanətlərinin sayı yenidən azalır. 01.03.2016 tarixinə əhalinin banklardakı əmanətləri 8 milyard 77,3 milyon manat təşkil edib. “Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, bu, fevral ayının əvvəli ilə müqayisədə 566 milyon manat azdır. Yanvarda əhalinin əmanətləri 830,6 milyon manat azalmışdı. Beləliklə, 2 ayda azalma 1 milyard 396 milyon manatdan çoxdur 


Qeyd edək ki, 2015-ci ilin yanvar ayından başlayaraq banklarda əmanətlər azalmağa başlayıb. Yanvarda əmanətlər 67 milyon manat azalaraq 7 milyard 121,3 milyon manata düşüb. 2015-ci ilin fevral devalvasiyasından sonra banklardakı xarici valyutada olan əmanətlərin yeni məzənnə ilə hesablanması ilə əlaqədar olaraq, əmanətlərin həcmi fevralda “şişərək” 7 milyard 932.7 milyon manat oldu. Lakin mart ayından başlayaraq əmanətlər azalmağa başlayıb. 2015-ci ilin dekabr ayının 1-dək əmanətlər 843,2 milyon manat azalaraq, 2014-cü ildəki artımı tamamilə silib. Dekabr devalvasiyasından sonra banklardakı əmanətlər yenidən 2 milyard 384 milyon manat “artaraq” ilin sonunda 9 milyard 474 milyon manat olub. Bu artım dollardakı əmanətlərin yeni məzənnə ilə qiymətləndirilməsi nəticəsində yaranmışdı. 

Ekspert Əkrəm Həsənov açıqlamasında bildirib ki, əmanətlərin həcminin azalması gözləniləndir: “Əvvəllər də vurğuladığım kimi, proses davam edəcək. Əsas səbəb banklara etimadın azalmasıdır. İlk növbədə ona görə ki, bağlanan banklarda xeyli əmanət batdı. Daha sonra mövcud olan bankların da bir qismi əmanətləri qaytarmır və onlara qarşı tədbir görülmür. Faktiki olaraq əmanətlərin sığortalanması sistemi tam işləmir. Digər səbəb bankların problemli kreditləri qaytara bilməməsidir. Kreditlər qayıtmırsa, əmanətlər necə qaytarılacaq? Əmanətçiləri bu narahat edir. Əhaliyə deyirlər ki, Əmanətlərin Sığortalanması Fondu əmanətləri tam sığortalayıb. Lakin həmin fond dövlət qurumu deyil. Dövlət əmanətlərə təminat vermir. Artıq indinin özündə fondun pulu tükənib, kreditlə dolanır. Deməli, bir gün fond özü də müflis olsa, əmanətlər bata bilər. Bankların əksəriyyəti hesabatlarını gizlədir, bu da etimadın azalmasına bir səbəbdir. Ümumiləşdirsək, nəticə belədir: bank sistemi ağır vəziyyətdədir və əhali ona etibar etmir. Çıxış yolu sistemi tam şəffaf etməkdir, nəzarəti gücləndirmək, pis bankları bağlamaq və ya sağlamlaşdırmaqdır. Bu vəzifə indi Maliyyə Bazarlarına Nəzarət Palatasının üzərinə qoyulub. Öhdəsindən gələcək ya yox- zaman göstərəcək”.

Ekspert Fikrət Yusifov isə bildirib ki, Mərkəzi Bankın internet saytında yerləşdirilmiş cari ilin yanvar ayının məlumatlarına görə, əhalinin banklardakı depozitlərinin məbləği keçən ilin dekabr ayı ilə müqayisədə 3,6 faiz azalıb: “Hesab edirəm ki, bu azalma əsasən 2015-ci ilin dekabr ayının 21-də manatın kəskin devalvasiyasından sonra müştərilərin bir qisminin banklara inamının itməsi nəticəsində baş verib. Heç şübhə yoxdur ki, belə müştərilər əmanətlərini çıxarıb onlardan başqa təyinata istifadə etməyə üstünlük veriblər. İlk növbədə həmən vəsaitlərin ölkə daxilində və xaricdə daşınmaz əmlak alışına yönəldilməsi daha inandırıcı görünür. Əmanətlərin 100 faiz sığortalanması ilə bağlı qərarın qəbulundan və manatın nüfuzunun qaldırılması istiqamətində atılan digər addımlardan sonra biz növbəti ayların hesabatlarında əmanətlərin, xüsusilə də manatla olan əmanətlərin artdığının şahidi ola bilərik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam