Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Dollarla olan əmanətlər geri götürülür –80%-dən aşağı düşdü

 

1486794412

Banklarda əhalinin xarici valyutada olan əmanətlərinin cəmi əmanətlərdə xüsusi çəkisi 80%-dən aşağı düşüb.

Xeberinfo.com:  “Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin sonuna fiziki şəxslərin banklardakı əmanətləri 7 milyard 448,7 milyon manat təşkil edib. Əmanətlərin 1 milyard 517,2 milyon manatı və ya 20,4%-i milli valyutada, 5 milyard 931,4 milyon manatı və ya 79,6%-i xarici valyutada olub.

Noyabr ayının sonunda fiziki şəxslərin əmanətlərinin 81,2%-i xarici valyuta ilə yerləşdirilmişdi. Ümumiyyətlə, 2016-cı ilin əvvəlki ayları ərzində xarici valyutada yerləşdirilmiş əmanətlər cəmi əmanətlərin 80%-dən çoxunu təşkil edirdi.

Dekabr ayında Noyabr ayı ilə müqayisədə xarici valyuta ilə yerləşdirilmiş əmanətlər 243,9 milyon manat azalaraq 6 milyard 175,3 milyon manatdan 5 milyard 931,4 milyon manata düşüb, milli valyutadakı əmanətlər isə 86,7 milyon manat artaraq 1 milyard 430,5 milyon manatdan 1 milyard 517,2 milyon manata qalxıb.

Əmanətlərin 80%-ə yaxını xarici valyutada olduğundan Dolların bahalaşması manat ilə ifadədə əmanətlərin artması ilə nəticələnir. Dekabr ayında Dolların Manat qarşısında güclənməsinə baxmayaraq əmanətlər manat ilə ifadədə azalıb. Dekabrda fiziki şəxslərin cəmi əmanətləri 7 milyard 605,8 milyon manatdan 7 milyard 448,7 milyon manata geriləyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam