Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

"Mərkəzi Bank üzən məzənnə siyasətinə keçməyə hazır deyil"

qubad-ibadogluİqtisad elmləri doktoru Qubad İbadoğlu valyutadəyişmə məntəqələrinin lisenziyalarının alınmasını məqbul saymır. Onun fikrincə, köklü iqtisadi islahatlar başlamasa ölkədə “qara valyuta bazarı” formalaşacaq.

Xeberinfo.com:   İbadoğlunun Facebook səhifəsində dərc etdiyi şərhini təqdim edirik:

Azərbaycan Mərkəzi Bankının mübadilə məntəqlərinin fəaliyyətini dayandırmaq barədə birtərəfli qaydada verdiyi qərar “qara valyuta bazar”ının formalaşması üçün yaşıl işıq yandıracaq. Gah banklara sərbəstlik verilməsi, sonra mübadilə məntəqələrinin satışının limitləşdiriməsi və sənədləşdirilməsi, gah da yalnız bir müvəkkil banka valyuta satışı icazəsi verilməsi sonradan isə bütün mübadilə məntəqələrinin lisenziyasının qanunsuz olaraq geri alınması və bu hüququn hava limanında və mehmanxanada təşkil olunacaq mübadilə məntəqələrinə verilməsi onu göstərdi ki, Mərkəzi Bank üzən məzənnə siyasətinə keçməyə hazır deyil.

Son günlər Mərkəzi Bankın verdiyi sistemsiz və ziddiyyətli qərarlar əhali arasında çaşqınlıq yaratmaqla yanaşı valyuta satışı üzrə “qara bazar”ların yaranmasını və inkişafını stimullaşdırır. Hesab edirəm ki, hazırda Azərbaycan iqtisadiyyatının başlıca problemi valyutanı necə satmaq deyil, onu xaricdə qazanmaq və sərbəst şəkildə ölkəyə gətirməkdir. Buna yalnız yerli istehsalın inkişafı və onlarn ixtracatının təşviq olunması yolu ilə nail olmaq mümkündür. Bu isə hökümətin indiyə qədər həll etməli olduğu ən vacib problem idi. Təəsüflər olsun ki, son 10 ildə hökümət “papağını günə vermək”lə məşğul olub və buna baxmayaraq hələ də inzibati tənzimləmə vasitələrindən başqa bir iş görmür. Bu isə ölkədə həm valyuta və həm də ərzaq qıtlığına gətirib çıxara bilər. İnsanlara güclə manatı sevdirmək mümkün olmayacaq, ona olan etibarı qaytarmaq üçün valyuta bazarında tələb və təklif tarazlığı ilə manatın gerçək məzənnəsi formalaşmalı, liberal islahatlar həyata keçirilməli, gizli iqtisadiyyat leqallaşmalı, inhisarçılıq və korrupsiya aradan qalxmalı, bir sözlə ölkədə azad bazar qanunları bərqərar olmaldır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam