Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

“Batan” kreditlər 20 faizə qalxacaq

 

Azərbaycan Mərkəzi Bankının “üzən məzənnə” rejiminə keçməsi və manatın devalvasiyası bank olmayan kredit təşkilatları (BOKT) üçün ciddi problemlər yaradıb.

Xeberinfo.com:   Məlumata görə, bunu açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov deyib.

«Əsas problem xarici borclarla bağlıdır»

S.Kələşovun sözlərinə görə, bu dəfəki devalvasiyanın təsirini xüsusilə xaricdən vəsait cəlb edən BOKT-lar hiss edir: “Məsələn, “FINCA-Azerbaijan”, “KredAqro”, “Vijn Fond Azərkredit”, “İnkişaf üçün maliyyə” kimi kredit təşkilatları əsasən xarici mənbələrlə işləyir. Ölkə daxilində vəsait cəlb etmək baha başa gəldiyi üçün bunlar xaricdən 6-8%-lə borc alıblar. İndi isə dollar təxminən 50% bahalaşdığı üçün onların xarici öhdəlikləri də 50% artıb”. Məsələni çətinləşdirən digər cəhət odur ki, adı çəkilən təşkilatlar krediti əsasən aqrar sektora veriblər. İndi isə fermerlərin maddi vəziyyəti devalvasiyaya uyğun ödəniş etməyə imkan vermir.

“Xarici investorlar 1-2 il vaxt vermişdi”

Süleyman Kələşov deyir ki, 1-ci devalvasiyadan sonra da BOKT-lara ödənişlə bağlı problem yaranıb. Buna görə də, kredit təşkilatları əməkdaşlıq etdikləri xarici investorlara müraciət edərək onlardan möhlət alıblar: “O vaxt xarici investorlar Azərbaycandakı iqtisadi vəziyyəti nəzərə alaraq BOKT-lara 1-2 il vaxt vermişdi. İndi yenidən belə bir vəziyyət yarandı. Yəgin ki, gələn həftə AMFA-da bu məsələ ilə bağlı görüş olacaq və xarici investorlara yenidən müraciət ediləcək. Yəni, onların bura qoyduğu pullar istənilən halda batmayacaq. Sadəcə bir qədər gecə ödəniləcək”.

“Vaxtı keçmiş kreditlər 2 dəfə artacaq”

AMFA rəhbəri hesab edir ki, “üzən məzənnə” BOKT-larda vaxtı keçmiş kreditlərin payını azı 2 dəfə artıracaq: “1-ci devalvasiyadan sonra problemli mikrokreditlərin ümumi kredit portfelinə nisbəti 3%-dən 10%-ə qalxmışdı. İndi də yəgin ki, azı 20% olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam