Redaktor seçimi
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Günün xəbəri

"Bizim bütün kreditlərimiz problemlidir"

kreditAzərbaycandakı bank olmayan kredit təşkilatlarından (BOKT) birinin verdiyi bütün kreditlərin vaxtı keçib. Söhbət kredit ittifaqlarının maliyyələşdirilməsində vasitəçilik edən “İcraçı kredit agentliyi”ndən gedir.

Xeberinfo.com:   Bu barədə fins.az-a açıqlamasında BOKT-un İdarə Heyətinin üzvü Samir Cəlilov məluma verib.
Onun sözlərinə görə, təmsil etdiyi BOKT 2011-ci ildə Dünya Bankının layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyindən vəsait cəlb edib: “Dünya Bankı kənd təsərrüfatının inkişafı üçün Azərbaycan hökumətinə 18 milyon dollar ayırmışdı. Həmin vəsait manatla (14-15 milyon manat) bizə verildi. Biz isə onu 78 kredit ittifaqına kredit kimi verdik”.

8 illik layihə 4 illik olub

Kredit ittifaqlarının maliyyələşdirilməsi ilə bağlı layihənin müddəti əvvəlcə 2019-cu ilə qədər nəzərdə tutulsa da, sonradan layihənin 2015-ci ildə başa çatdırılmasına qərar verilib: “8 illik layihənin müddəti 4 ilə endirildi. Buna görə neçə vaxtdır ki, kredit vermirik, ancaq yığımla məşğuluq. Verdiyimiz kreditlərin isə hamısının vaxtı keçib”.
Devalvasiya ödənişləri gecikdirib

“İcraçı kredit agentliyi” cəlb etdiyi vəsaitin təxminən 10 milyon manatını dövlətə geri qaytarıb. Qalan 5 milyon manatın yığılmasında isə çətinliklər yaşanır: “Xüsusilə devalvasiyadan sonra yığım çətinləşdi. 30-dan çox kredit ittifaqından alacağımız var. Aqrar sektorda vəziyyət elə də yaxşı olmadığı üçün ödənişlər gecikir” – deyə Samir Cəlilov qeyd edib.

Hökumətdən cavab gözləyirlər

BOKT rəsmisi onu da bildirib ki, kredit ittifaqlarının maliyyələşdirilməsi ilə bağlı ötən ildən yaranmış problem hələ də həll olunmayıb: “Kredit ittifaqlarının az bir qismi İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan vəsait cəlb edir. Əsas maliyyələşmə mənbəyi bizik. Sonuncu dəfə keçən ilin dekabrında KTN-ə bir daha müraciət etmişik ki, vəsait məsələsi həll olunsun. Hələ ki, cavab gözləyirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam