Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bankların qara günləri

100884

Azərbaycanın bank sektorunda ciddi ixtisarlara başlanıb.

Xeberinfo.com:  Məlumata görə, artıq bir neçə bankda ciddi ixtisarlara başlanılıb və sektorun aparıcı fiqurları bunu xərclərin optimallaşması kimi dəyərləndirirlər.
Bu barədə ilk danışan maliyyə naziri Samir Şərifov oldu. Maliyyə naziri bu ayın əvvəlindəAzərbaycan Beynəlxalq Bankında ciddi islahatlar olacağını bildirdi. Onun sözlərinə görə, ABB-nin işçilərinin 30 faizə qədəri ixtisar olunacaq. ABB-də ixtisarların vacibliyini bir neçə ay öncə ABB-yə sədr seçilmiş Elmar Məmmədov da vurğulamışdı.
“Bankın xidmət şəbəkəsinin optimallaşdırılması, xidmət ofislərimizin həm ərazi-coğrafi baxımdan, həm də real müştəri potensialı baxımından daha səmərəli şəkildə yerləşdirilməsi də, təbii ki, planlarımıza daxildir və bu istiqamətdə müəyyən addımlar atıla bilər.”-deyə Elmar Məmmədov bildirmişdi.

Elmar Məmmədov – ABB rəhbəri

Artıq buz tərpənib və digər banklar da ixtisarlar olacağı barədə bəyan etməyə başlayıblar. Əslində isə, bank sektorunda ixtisarlar bir neçə ay başlayıb. Məsələn, ölkə üzrə bankların yerli filiallarının sayı 2015-ci ilin 2-ci rübündə 763 olduğu halda, bu, 3-cü rübdə 758-ə düşüb. Yəni rüb ərzində 5 filial bağlanıb və təbii ki, həmin filialların əməkdaşları işsiz qalıb. Amma istənilən halda, bu, 30 faiz demək deyil. Belə görünür ki, banklarda daha geniş miqyaslı ixtisarlar gözlənilir.

Ölkə üzrə kredit qoyuluşları (milyon manat)

Mənbə: Azərbaycan Mərkəzi Bankı

İxtisarlar bankların kreditləşdirmə səviyyəsinin, uyğun olaraq gəlirlərinin aşağı düşməsi ilə əlaqəlidir. Azərbaycan Mərkəzi Bankının yaydığı hesabatdan görünür ki, mart ayından başlayaraq ölkə üzrə kredit qoyuluşları azalmağa başlayıb. Əgər martın əvvəlinə ölkə üzrə kredit qoyuluşları 20 milyard 137 milyon manat olubsa, iyunun 1-ə bu göstərici 19 milyard 877 milyon manata düşüb. Yəni üç ayda kredit qoyuluşlarında 1,29% azalma müşahidə edib. Uyğun olaraq bankların Mərkəzi Kredit Reyestrinə müraciətləri də azalmağa başlayıb.

2015-ci ildə Mərkəzi Kredit Reyestrinə müraciətlərin sayının dəyişməsi

Mənbə: Azərbaycan Mərkəzi Bankı

Kreditlərə marağın azalması fevralın 21-də baş vermiş 34%-lik devalvasiyadan sonra əhalinin kredit borclarını qaytarmaqda üzləşdiyi çətinliklərlə bağlıdır. Məsələn, ANS PRESS-ə müraciət edən Şirvan şəhər sakini Rasim Canəliyev götürdüyü kredit üzrə devalvasiyadan əvvəl ayda 480 manat ödədiyi halda, indi 650 manat ödəməli olduğunu bildirir. Bu, Şirvan sakinini çətin duruma salıb və o, məhkəməyə müraciət edərək Mülki Məcəlləyə əsaslanıb dollarla götürdüyü kreditin əvvəlki məzənnə ilə manatla hesablanmasına çalışır. “Mən bir də heç zaman kredit götürmərəm”,- deyə Rasim Canəliyev bildirir.
Həmçinin AMB kommersiya bankları qarşısında məsuliyyətli kreditləşməyə keçidlə bağlı tələblər də kreditləşməni azaldıb. Yeni tələblərə görə, daimi gəlirləri olan vətəndaşlara istehlak kreditləri verilə bilməz. Bu tələblər kredit karuselinin, yəni bir bankdan borc götürərək, başqa bankın borcunu ödəmək təcrübəsini də dayandırıb.

Ölkə üzrə əhalinin əmanətləri (milyon manat)


Mənbə: Azərbaycan Mərkəzi Bankı

Kredit gəlirlərinin azalması bankları əmanətlər üzrə faiz dərəcələrini aşağı salmağa məcbur edib. Nəticədə, əhalinin pullarını banklarda saxlamağa marağı azalıb. Əgər martın əvvəlinə ölkə üzrə əhalinin banklardakı əmanətləri 7 milyard 932 milyon manat olubsa, iyunun 1-ə bu göstərici 7 milyard 601 milyon manata düşüb. Bu sahədə 3 ay ərzində 4,18% geriləmə qeydə alınıb. Nəticədə, bankların istehlak kreditlərinə yönəldə biləcəyi vəsaitlər də azalıb. İstehlak kreditləşməsinin azalması təbii ki, bu sahəyə xidmət göstərən əməkdaşların ixtisarı məsələsi gündəmə gəlib.
Bu proses postsovet məkanının digər ölkələrində daha öncə aktual olub. Məsələn, avqust ayında Rusiyanın bank sektorunda əməkdaşların 6,4%-i işdən çıxarılıb. İşdən çıxarılan 35 min əməkdaşın 55%-ə qədəri istehlak kreditləri ilə məşğul olan iki böyük bankın payına düşüb.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev Azərbaycan banklarında başlamış ixtisar prosesinin ilin sonuna kimi davam edəcəyini vurğulayır: “Filialların sayı da azalacaq. Bu, filial şəbəkəsinin birləşdirilməsi yolu ilə baş verəcək. Filialların sayı təxminən 5-10 faiz azala bilər. Həmçinin, banklarda maaşlar azalacaq. Maaşların azaldılması əlavə ödənişlərin ləğv edilməsi ilə müşayiət ediləcək. Xərclərin optimallaşdırılması tədbirləri bank olmayan kredit təşkilatlarını da əhatə edəcək”,- deyə Samir Əliyev ANS PRESS-ə bildirib.

Samir Əliyev – İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti

Amma AMB bankları gözləyən bu arzuolunmaz perspektivi yumşalda, istehlak kreditləşməsinin müəyyən səviyyədə dəstəkləyə bilərdi. Məsələn, yerli istehsal məhsullarının istehlak kreditləşməsinə çıxarılmasına müəyyən güzəştlər tətbiq edə bilər. Bu, yerli istehsalın dəsitəklənməsinə səbəb olardı. Banklar istər-istəməz hazırda Cənub-Şərqi Asiyadan gətirdikləri məişət texnikasının, mebellərin və avtomobillərin ən azından son mərhələdə istehsalını Azərbaycanda təşkil etməyə məcbur olardı. Bu isə minlərlə yeni iş yeri açılması, həmçinin istehlak kreditləri üzrə ixtisaslaşmış peşəkar bank işçilərinin qorunması demək olardı.
Mərkəzi Bank həmçinin, aqrar sektora və digər sahibkarlıq sahələrinə verilən kreditlərin təyinatı üzrə işlədilməsinə nəzarəti gücləndirməlidir. Adətən, bu cür kreditləri təyinatı üzrə yox, şəxsi məqsədlər üzrə işlədirlər. Bu vəsaitlərin də düzgün işlədilməsi xüsusilə regionlarda məşğulluq dərəcəsini yetərincə yüksəldərdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam