Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Beynəlxalq Bankda çirkli pul biabırçılığı

beynelxalq-bank-mansetYaşar Səfərovun həbsi həm də yeni rəhbərliyin kadr bacarıqsızlığını üzə çıxartdı

Xeberinfo.com:  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin törəmə bankı olan “ABB-Moskva” bankının Peterburq filialının rəhbəri Yaşar Səfərovun həbsi ətrafında yeni-yeni versiyalar ortaya çıxır.

Yaşar Səfərovun həbsi barədə xəbər yayılandan sonra “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin mətbuat xidmətinin katibi Yadigar Cəfərli bunu təkzib etdi. Mətbuat katibi iddia edirdi ki, Yaşar Səfərov həbs olunmayıb, sadəcə, “hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş müştərilərdən biri haqqında bəzi sənədləri əldə etmək üçün Peterburq filialına gəliblər”.

Bu həbs xəbərini ən müxtəlif mənbələr təsdiqlədiyi halda, Beynəlxalq Bankın sözçüsünün təkzib eləməsinin səbəbi də müəmmalı qaldı.

Yaşar Səfərovun həbsi xəbərinə Beynəlxalq Bankın keçmiş prezidenti, hazırda həbsdə olan Cahangir Hacıyev də səssiz qalmadı. Daha doğrusu, Hacıyev Səfərovun onun kadrı olması barədə deyilənləri təkzib etdi: “Yaşar Səfərov mənim kadrım deyil və bu vəzifəyə də onu mən təyin etməmişəm. Mən ÿsədr vəzifəsindən mart ayında azad olunmuşam,ÿYaşar Səfərov isə vəzifəyə bu ilin sentyabr ayında təyin edilib”.

“Azadlıq”a Yaşar Səfərovun bu vəzifəyə təyinatı, həmçinin onun işi üzrə istintaqla bağlı müəyyən məlumatlar daxil olub. Məlumatı verən mənbə bildirir ki, Yaşar Səfərov “ABB-Moskva” bankının Peterburq filialına “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Idarə Heyətinin hazırkı sədri Elmar Məmmədovun razılığı ilə təyin olunub. Elmar Məmmədov da öz növbəsində Maliyyə naziri Samir Şərifovun kadrı sayılır. Məlumata görə, Beynəlxalq Bankın Idarə Heyətinin sədri postuna onun namizədliyi də nazir tərəfindən irəli sürülüb.

Yaşar Səfərov məsələsi Elmar Məmmədovun kadr seçimində bacarıqlı olmadığını dərhal ortaya qoydu. Rusiya Maliyyə Monitorinq Xidməti “ABB-Moskva” bankının Peterburq filialında çirkli pulların yuyulması ittihamı ilə Yaşar Səfərovu həbs etdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam