Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BEYNƏLXALQ BANKDA "TƏMİZLƏMƏ":Samir Şərifovun yaxın çevrəsi niyə vurulur?

04f452d39a31

Azərbaycanda fəaliyyət göstərən banklardan birinin də rəhbəri dəyişdi.

Xeberinfo.com:   Fins.az-ın əldə etdiyi məlumata görə, bu dəfə Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sədri Elmar Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

Xatırladaq ki, ötən həftə daha bir bankın rəhbəri dəyişib. “Azər-Türk Bank”ın idarə heyətinin sədri Fərhad Adıgözəlovu indi Xalid Əhədov əvəz edir.
F.Adıgözəlovla E.Məmmədov vaxtilə bir komandada çalışıblar. Belə ki, E.Məmmədov “Azər-Türk Bank”ın sədri olanda F.Adıgözəlov onun müavini vəzifəzində çalışıb. E.Məmmədov ABB-yə sədr təyin edildikdən sonra onun müavini “Azər-Türk Bank”ın sədri təyin edilib. Ötən həftə isə o da vəzifəsindən kənarlaşdırılıb.

BƏS ELMAR MƏMMƏDOVUN “VURULMASI” NƏ İLƏ BAĞLIDIR?

“Qafqazinfo”ya daxil olan məlumata görə, E.Məmmədovun istefaya göndərilməsi “qara bazar” olayı, bankların dollar alışından imtina etməsi ilə birbaşa bağlıdır. Beynəlxalq Bankın sədrinin və digər şəxslərin bu “qara bazar” olayına birbaşa rəhbərlik etməsi ilə bağlı ciddi məlumatlar var. Bu hadisənin üstü açılandan sonra isə ən üst səviyyədə E. Məmmədovun cəzalandırılması ilə bağlı göstəriş verildiyi bildirilir.

Maraqlıdır ki, dollar satışı rəsmi dayandırıldığı halda “qara bazar”a valyutanın neçə çıxdığı ölkədə sual doğuran məsələ idi. Heç kim müəyyənləşdirə bilmirdi ki, dollar satılmadığı halda “qara bazar”a vəsaiti kim çıxarır. Bu prosesdə əsas iştirakçı kimi “Azər Türk Bank” və “Beynəlxalq Bank”ın rol oynadığı heç kimə sirr deyil.

Bildirildiyinə görə, yaranmış mürəkkəb vəziyyəti təhlil etmək və növbəti fürsətcilləri müəyyənləşdirmək üçün yeni yaranan Maliyyə Bazarlarına Nəzarət Palatası çox ciddi şəkildə işləyirmiş.

Qeyd edək ki, Milli Məclisin tribunasından iki gündür ki, bir sıra millət vəkilləri “qara bazar”a kütləvi şəkildə dollar çıxartmaqda bankları ittiham edib. Hətta millət vəkili Yevda Abramov Milli Məclisdə çıxışında xüsusi maşınların baqajlarında külli miqdarda dollar vəsaitlərinin “qara bazara” çıxarıldığını, eyni gündə 4 saat içində dolların 5 manat fərqlə alınıb-satıldığını öz gözləri ilə gördüyünü qeyd etmişdi. Bu məsələ ilə bağlı millət vəkilləri ciddi ölçü götürülməsini hökumətdən tələb etmişdilər.

samir-sherifov-1Xatırladaq ki, ABB-nin bu gün işdən çıxarılan İdarə Heyətinin sədri bu vəzifəyə “Azər Türk Bank”ın sədri vəzifəsindən gətirilmişdi. O, maliyyə naziri Samir Şərifovun yaxın adamı kimi tanınırdı. 

Ümumiyyətlə isə, manatın devalvasiyasının əsas səbəbkarı kimi bilinən Samir Şərifovun və yaxın ətrafının devalvasiyalar, dolların məzənnəsinin idarə olunmasından külli miqdarda gəlir əldə etdikləri barədə də yetərincə məlumatlar var idi. İndi S.Şərifovun nəzarəti altında olan banklarda gözlənilməz dəyişikliklər də bu məlumatların əsassız olmadığını ortaya çıxarır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam