Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"1 dolların 2 manata qədər bahalaşması iqtisadiyyata ağır zərbə olacaq"

 

Rusiyada rublun bahalaşması və qızılın ucuzlaşması prosesi gedir. Qonşu ölkədə baş verənlərin Azərbaycana təsiri hansı səviyyədədir? Qonşu ölkənin valyutasının bahalaşması Azərbaycan manatının da bahalaşmasına səbəb ola bilərmi?

"Xeberinfo.com":  Məlumata görə, iqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, artıq ötən həftənin cümə günündən etibarən Rusiya Mərkəzi Bankı rublun bahalaşması prosesini rəsmən dayandırıb: 

“Ötən həftənin 5-ci günü axşama qədər valyutanın dollar qarşısında 2 rubla qədər dəyər itkisi baş verdi, bu gün də ona bənzər proses davam edir”. 

Onun sözlərinə görə, Rusiya hökuməti rublun sürətli dəyərləndirilməsinin qarşısını alıb, bu da ölkədə kifayət qədər valyuta ilə ticarət edən xarici şirkətlərin olması ilə bağlıdır: 

“O şirkətlərin vəsaiti büdcəyə vergi ödəyiciləri kimi rublla daxil olur. Rublun bahalaşması büdcənin doldurulması üçün o qədər də sərf etmədiyindən, həm də ciddi itkilər olmaması üçün valyutanın bahalaşması prosesi dayandırılıb. 

Qızılın bahalaşması isə dünyada gedən proseslərlə bağlıdır. Müəyyən dərəcədə təlatümlər olduqda, baş verən hadisələrin yönü müəyyən olunmayanda yatırımçılar qızıla sakit bir liman kimi baxırlar və vəsaitlərinin çox hissəsini qızılda saxlamağa üstünlük verirlər. Düşünürəm ki, bu da müvəqqəti haldır. Hər şey Amerika Federal Rezerv Sisteminin faiz artımına getməsinin vaxtından asılıdır. Əgər sentyabrda faiz artımına gediləcəksə, qızılın dəyərsizləşməsi sürətlənəcək”. 

Ekspertin sözlərinə görə, iqtisadi model baxımından bir-birinə yaxın, neftə bağlı olsa da Rusiya və Azərbaycan arasında ciddi fərqlər var:

“Azərbaycanda Mərkəzi Bank rəhbərliyinin özünün də etiraf etdiyi kimi xaricdən ölkəyə valyuta gətirən ciddi qurumlar yoxdur. Ölkəyə valyuta axını cəmi üç yerdəndir, hər üçü də neftə bağlıdır. Bunlar ARDNŞ, Dövlət Neft Fondu, Mərkəzi Bankdır. Rusiyada isə onlarla belə şirkət var. 

Azərbaycanda dominant rolunu Mərkəzi Bank oynayır, ciddi müdaxilə ilə manatın məzənnəsini müəyyən edir. Sözügedən ölkədə isə valyuta birjada müəyyənləşir. Təəssüf ki, Azərbaycanda belə bir praktika yoxdur və məzənnə Mərkəzi Bankın atacağı addımlardan asılıdır, bu da öz növbəsində birbaşa dünya bazarında neftin qiyməti ilə bağlıdır.

 

Neftin qiyməti 50-55 dollar olacağı təqdirdə, manat bir az da dəyərdən düşəcək. Düşünürəm ki, 1 dollar 1 manat 50 qəpiyə qədər bahalaşacaq. Neftin qiyməti kəskin olaraq düşərsə və 40 dollar civarında olarsa, o zaman 1 dollar 2 manata qədər dəyər qazana biləcək. İstənilən halda 1 dolların 2 manat olması iqtisadiyyat üçün ağır zərbə olacaq”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam