Bu il iqtisadi artımı hansı amillər şərtləndirəcək? -TƏHLİL
Bu il iqtisadi artımın bərpa olunacağına ümid çoxdur. Söhbət təkcə ölkəmizdən getmir. Dünya iqtisadiyyatı üzrə də bu barədə nikbin proqnozlar var. Buna xüsusən, iki gözlənti əsas yaradır: birincisi, vaksinasiya nəticəsində pandemiyanın tezliklə səngiyəcəyi, ikincisi isə ABŞ-da demokratların hakimiyyətə gəlməsilə proteksionist siyasətə son qoyulacağı və bu ölkənin Çin, o cümlədən, Avropa İttifaqı ilə münasibətlərində gərginliyin qısa müddətə aradan qalxacağı.
Yenixeber.org: Təsadüfi deyil ki, Beynəlxalq Valyuta Fondu (BVF) cari ildə qlobal Ümumi Daxili Məhsul (ÜDM) istehsalı həcminin artım tempinə dair yanvarda verdiyi proqnozu dəyişərək, bir az da yaxşılaşdırıb. Qurumun bundan əvvəl - keçən ilin oktyabında 2021-ci il üçün verdiyi proqnozda 5,2 faiz artım olacağı bildirilsə də, yanvardakı proqnozda bu rəqəm 5,5 faizə qaldırılıb.
Ölkəmizə gəldikdə isə, İqtisadiyyat naziri Mikayıl Cabbarov “Bloomberg”ə müsahibəsində bildirib ki, Azərbaycanı bu il COVID-19 səbəbindən iqtisadi geriləmədən və işğal altındakı ərazilərə nəzarəti bərpa etdikdən sonra artım gözləyir. Cabbarovun sözlərincə, bizim gözləntilər BVF ilə DB-nın irəli sürdüklərindən nikbindir. Xatırladım ki, hökumət 2021-ci ildə ölkəmizdə ÜDM üzrə həcmdə 3,4 faiz artım proqnozlaşdırıb. DB isə Azərbaycan iqtisadiyyatının cari ildə 1,9 faiz, BVF 2 faiz artacağını gözləyir.
Bəs, əslində bizi nə gözləyir? Keçən ildəki məlum səbəblərdən 4,3 faiz geriləmədən sonra birdən-birə 3,4 faiz artım mümkündürmü? Bu, nə dərəcədə realdır?
2020-ci il ərzində dünya iqtisadiyyatı 3,5 faiz geriləyib. Halbuki bunun 4,4 faiz olacağı gözlənilirdi. DB ilə BVF mütəxəssisləri özləri də bu rəqəmin yüksək olacağını proqnozlaşdırırdılar. Ancaq bu, baş vermədi. Bununla belə, bir sıra sahələr böyük zərbə aldı və demək olar, tamamilə "öldü". Misal olaraq, turizm sektorunu göstərmək olar. Sözüm bunda deyil. Demək istədiyim odur ki, geriləmə haqda dəqiq proqnoz vermək mümkün olmadığı kimi, artım haqda da konkret gözlənti irəli sürmək əslində mümkün deyil.
Yeri gəlmişkən, ölkəmizin özündə 2020-ci ildə iqtisadi geriləmə 4,3 faizdən çox ola bilərdi və bu, belə də gözlənilirdi. Lakin ili 2 hissəyə bölərək nəzərdən keçirsək, buna bir neçə amilin imkan vermədiyi qənaətinə gəlirik. Əvvəla, prezident İlham Əliyev başda olmaqla hökumət pandemiyanın ölkəmizə müdaxiləsinə qarşı həm insanların sağlamlığını mümkün səviyyədə qorumaq, həm də iqtisadiyyatın təhlükəsizliyi təmin etmək baxımından çox böyük hazırlıq nümayiş etdirdi. 1997-1998-ci, 2008-2009-cu və 2014-2016-cı illərdə də böhran yaşamışdıq. Lakin bunların heç biri iqtisadiyyatımıza bu qədər şok təsir bağışlamamışdı. Sadəcə, hökumət bu dəfə daha yaxşı və güclü müqavimət göstərdi ki, buna da həm ortada 2014-2016-cı illər ərzində qazanılmış təcrübə, həm ötən ilədək iqtisadiyyatdakı uğurlar az əhəmiyyət daşıması səbəb oldu, həm də xüsusən 3 il bundan öncə, yəni 2018-ci ilin ikinci yarısından etibarən həyata keçirilən islahatlar mühüm təsirə malik oldu.
İkincisi isə, xarici təsirlər üzrə təzyiqlər də yaxşı ki, ardıcıl olaraq güclənməkdə davam etmədi. Belə ki, neftin dünya bazar qiymətləri bir ara 20 ABŞ dollarınadək düşsə də, sonra nisbətən sabitləşdi, qlobal maliyyə və digər bazarlarda nizam-intizam ifrat dərəcədə pozulmadı, mövcud maliyyə imkanlarımız isə borc üçün xarici qurumlara üz tutmağımıza zəmin yaratmadı.
Üçüncüsü isə, iqtisadiyyata dərhal ciddi maliyyə dəstəyi göstərildi - fəaliyyəti məhdudlaşdırılan subyektlərə kompensasiyalar ödənildi, müvafiq güzəştlər edildi. Dövlət sektorunda maaşlar ödənildi, özəl sektora yardımlar həyata keçirildi. Başqa sözlə desəm, iqtisadiyyata ümumən 2,5 milyard manatdan artıq vəsait yönəldildi ki, işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə dörd dəfə 190 manat birdəfəlik ödəmə verildi. Toplam 450 milyon manat...
2019-cu ili çox uğurla başa vurarkən, ağlımıza gətirməzdik ki, 2020-ci ilin birinci rübünün sonuna yaxın iqtisadıyyatımız pandemiya bəlası ilə üzləşəcək və nəticədə bir il əvvəl başlanılan islahatlar bu cür sığorta tədbirləri ilə əvəzlənərək, sosial istiqamətdə həyata keçirilən inqilabi addımlar kompensasiya ödənişləri, müvafiq maliyyə yardımları, güzəştlərdən ibarət xətt üzrə davam edəcək. Bu il ÜDM istehsalında artımın bərpa olunacağına isə ona görə ümid çoxdur ki, vaksinasiya ilə əlaqədar pandemiyadan qurtulacağımız gözlənilir. Bu, iqtisadiyyatın öz relsinə qayıdacağı deməkdir. Girişdə qeyd etdiyim kimi dünya iqtisadiyyatı üzrə də artımın bərpa olunacağı ümidinin əsasında birinci məhz bu gözlənti dayanır. Azərbaycan da qlobal iqtisadi sistemin bir parçası olduğundan sözügedən tendensiya nə qədər tez reallaşarsa bu, bir o qədər effektini sürətli və daha qısa zamanda göstərəcək.
Lakin ölkəmizdə ÜDM istehsalı artımının bu il ərzində daha çox təşkil edəcəyini şərtləndirən bir sıra amillər də vardır. Əvvəla, hökumətin artıq, start götürmüş yeni 10 illikdə, yəni 2030-cu ilədək ÜDM istehsalını ikiqat artırmaq hədəfi mövcuddur ki, bu da orta hesabla hər il 7 faiz artım olmasını tələb edir. M.Cabbarov qeyd etmişkən, bu, çox çətin hədəfdir. Lakin qeyri-neft sektorunu daha sürətli inkişaf etdirmək üçün əsaslandırıcı vəzifədir. Çünki neft-qaz sektoru hesabına qeyd olunan hədəfə çatmaq mümkün deyil.
İkincisi isə yuxarıda da qeyd etdim ki, hökumət bu dəfə pandemiya şəraiti və bununla əlaqədar meydana çıxan qlobal iqtisadi təzyiqlərə daha güclü müqavimət göstərdi ki, bunda da ötən ilə qədər iqtisadiyyatda həyata keçirilən dəyişikliklər və islahatlar az əhəmiyyət daşımadı. Xüsusən, 3 il bundan öncə, yəni 2018-ci ilin ikinci yarısından etibarən həyata keçirilən dəyişikliklər və islahatlar bu baxımdan mühüm rol oynadı. Pandemiya şəraiti tez aradan qalxarsa bu özü də sözünü deyəcək, o mənada ki, idarəetmədə və bütövlükdə iqtisadiyyatda keyfiyyət dəyişiklikləri göz qabağındadır. Belə ki, qeyri neft-qaz sektorunda məhsul istehsalı təkcə keçən il 12,5 faiz artıb, büdcəyə bu sahədən gəlirlər getdikcə genişlənməkdədir və sair. Üçüncüsü isə, işğaldan azad olunmuş ərazilərimizdə artıq, start götürmüş bərpa və yenidənqurma işləri də 2021-ci ildə iqtisadi artıma az təsir göstərməyəcək. İqtisadiyya naziri M. Cabbarov da "işğal altındakı ərazilərə nəzarəti bərpa etdikdən sonra artım gözləyirik", fikrini təsadüfən söyləməyib.
Sözsüz, 44 günlük müharibədən sonra yaranmış bir sıra reallıqlar, geri qaytarılan ərazilərdə bərpa, yenidənqurma işləri, yeni sərhədlər, qurulacaq nəqliyyat əlaqələri ölkədə ÜDM-in böyüməsinə və məşğulluğa töhfə verəcək. İşğaldan azad edilmiş ərazilərin bərpasına 2,2 milyard manat (1,3 milyard dollar) vəsait ayrılıb ki, bu özü artımı şərtləndirən əsas faktora çevriləcək.
Yeri gəlmişkən, proqnoza əsasən, ölkədə ÜDM istehsalı 2021-ci ildə 3,4, 2022-ci ildə 4,8, 2023-cü ildə 3,7, 2024-cü ildə isə 3,1 faiz artmalıdır. Ciddi xarici iqtisadi təzyiqlər olmasa, qeyd olunan rəqəmlər özünü doğruldacaq. Ancaq sözsüz, bir şərtlə ki, iqtisadiyyatda başlanan keyfiyyət dəyişiklikləri davam etdirilsin. Yəni, islahatlar dayanmasın.

Pərviz Heydərov