Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Gələn il neftə tələbat artacaq -Nikbin proqnoz

Gələn il neftə tələbat artacaq -  Nikbin proqnoz
Başa çatmaqda olan ildə qlobal neft bazarı xüsusi təlatümlər ilə yadda qaldı. Bu ilin geridə qalan aylarında Brent markalı neftin bir barelinin orta qiyməti 40 dollardan bir az baha olub. Qeyd edim ki, bu rəqəm 2019-cu ildə hər bareldə orta hesabla 64 dollar, 2018-ci ildə isə 71 dollar olmuşdu.
Yenixeber.org: Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu il neft bazarı üçün heç də xoş keçmədi.

"Bununla yanaşı, artıq bir barel neftin qiyməti 50 dollardan baha satılır. Neft bazarında volatilliyin yüksək olmasına rəğmən investorlar 2021-ci ilə nikbin baxırlar. Əvvəlla, gələn il qlobal vaksinasiya ilə bağlı gözləntilər və növbəti ilin ortalarına doğru pandemiyanın səngiyəcəyi ilə bağlı ümidlər neft bazarına canlanma gətirə bilər. Bu, bir sıra sektorlarda xüsusən də nəqliyyat sferasında neftə tələbatı artıra bilər. İkincisi, OPEK + gələn ildə də hasilatla bağlı konservativ siyasətini davam etdirmək niyyətindir. Bu, o deməkdir ki, gələn il bazara çıxarılacaq neftin həcminin kəskin artacağı hələlik planlaşdırılmır".



Deputatın fikrincə, təklifin yüksələcəyi halda bu neft bazarında qiymət artımlarına səbəb olacaq.

"Üçüncüsü, ABŞ gələn il böyük həcmli iqtisadi dəstək paketini reallaşdırmağı qərara alıb. Oxşar paketlər Avropa Birliyində də gözlənilir. Bu isə real sektorda canlanmaya səbəb ola və neftə tələbi artıra bilər. Nəhayət, gələn il ticarət savaşlarının yumşalacağı gözlənilir ki, bu da qlobal iqtisadiyyat üçün yeni stimul verə bilər".

Bütövlükdə, neft hasilatçıları bu ildən fərqli olaraq 2021-ci ilə daha nikbin baxırlar. Gələn il qlobal və milli səviyyələrdə iqtisadi aktivliyin daha yüksək olacağı gözləniləndir", - deyə V.Bayramov vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam