Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Dünya iqtisadiyyatının -son 80 ildə ən dərin tənəzzülə uğrayacağı proqnozlaşdırılır

 

Rusiya Hesablama Palatası dünya iqtisadiyyatı üçün son 80 ilin ən güclü tənəzzülünü proqnozlaşdırır.

Yenixeber.org: Qurumun müvafiq qiymətləndirməsi 2020-2023-cü illər üzrə makroiqtisadi proqnozda yer alıb.

Palatanın mütəxəssislərinin fikrincə, iqtisadiyyatın müxtəlif sahələrinin aktiv şəkildə bərpa olunmasına baxmayaraq, bütün dünyada vəziyyətin gələcək perspektivləri qeyri-müəyyən olaraq qalır. Bunun səbəbi kimi, 2020-ci ilin ikinci yarısında bir çox təşviq proqramının başa çatması, həmçinin dünyada koronavirusa yoluxanların sayında artımı göstərilir.

Cari ilin II rübündə əksər beynəlxalq maliyyə təşkilatları 2020-2021-ci illər üçün dünya iqtisadiyyatının inkişafına dair proqnozlarını aşağıya doğru yeniləyib. Belə ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yeni proqnozuna görə, bu il qlobal ÜDM istehsalı 6% azalacaq.

Dünya Bankı bu il qlobal iqtisadiyyatın 5,2%, Beynəlxalq Valyuta Fondu – 4,9%, "Fitch" reytinq agentliyi – 4,6% azalacağını proqnozlaşdırır.

"Beləliklə, dünya iqtisadiyyatı son 80 ildə ən dərin tənəzzülə uğrayacaq", - palatada hesab edirlər.

Xatırladaq ki, bundan əvvəl Dünya Bankı koronavirus pandemiyası ilə əlaqədar olaraq dünyada həddindən artıq yoxsulluqda yaşayan insanların sayının artacağını proqnozlaşdırırdı. Qlobal yoxsulluq səviyyəsi son 22 il ərzində ilk dəfə olaraq bu il artacaq. Bank həddindən artıq yoxsulluğu insanın gündəlik gəlirinin 1,9 ABŞ dolları ekvivalentindən az olduğu vəziyyəti adlandırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam