Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Rusiya alma və pomidora qadağanı niyə aradan qaldırdı? -İZAHAT

 

 
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) dekabrın 21-dən Azərbaycandan alma idxalına qoyulan məhdudiyyətin bir hissəsini götürüb.

Yenixeber.org: Xidmət Şabranın "TURAZ”, "Ran Fruit” və "Əsədov Vahid” MMC-lərindən Rusiyaya alma idxalına qoyulan qadağanı ləğv edib.
Bildirək ki, bir neçə gün gün əvvəl isə “Pomidor müharibəsi” başa çatıb və həmin məhsulla da bağlı sanksiya aradan qalxıb. Kremlin belə davranışları bir çoxlarını, xüsusilə iqtisadçıları düşündürür.

İqtisadçı-ekspert Nazim Bəydəmirli “Sherg.az”a açıqlamasında bildirib ki, Kreml qadağanı aradan götürməyə məcbur idi:

“O, yaranan problem daha da dərinləşdirməmək naminə bunu etdi. Çünki qiymətlərin birdən-birə bahalaşmasını daxili auditoriyaya izah edə bilməzdi. Nəzərə almaq lazımdır ki, Rusiya idxalının 30 faizi Azərbaycan pomidoru hesabına olur. Yəni sanksiyadan dərhal sonra bahalaşma normal idi. Ona görə hökumət güzəştə getməyə məcbur qaldı.

Bəlkə də, Azərbaycan hökuməti ilə müəyyən danışıqlar aparılıb. Şimal qonşumuza deyilib ki, Qarabağda sülhməramlıların olduğu bir vaxtda ictimai fikir iqtisadi müharibələri yaxşı qarşılamır”.

N.Bəydəmirli, həmçinin “meyvə-tərəvəz savaşı”nın başlanmasının məqsədini də izah edib:

“Bildiyiniz kimi, Azərbaycan meyvə-tərəvəzinin, xüsusilə pomidorun əsas bazarı şimal qonşumuzdur. Odur ki, Rusiya həmin məhsullara qadağa qoymaqla Azərbaycanı rəhbərlik etdiyi müxtəlif iqtisadi birliklərə, o cümlədən Gömrük İttifaqına, Avrasiya Birliyinə üzv etmək istəyirdi.

Əlbəttə, Qarabağ müharibəsi fonunda kommunikasiyanın açılması da Moskvanın ürəyincədir. O, keçmiş SSRİ ölkələrini öz “orbit”ində saxlamaq istəyir.

Ümumiyyətlə, Kremlin qonşularla davranışı illər boyu dəyişməz qalıb: iqtisadi məsələlərdən siyasi təzyiq metodu kimi istifadə edib. Ona görə də mən Moskvanın səmimiliyinə inanmıram”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam