Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Rusiya Azərbaycan pomidorunda xəstəlik aşkarlayıb-Niyə məhz indi?

 

Yenixeber.org: Rusiya Azərbaycandan meyvə-tərəvəz idxalını dayandıra bilər. Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) bu barədə açıqlama yayıb. İddia olunur ki, Azərbaycandan gətirilən məhsullarda xəstəlik aşkarlanıb. Bildirilir ki, pomidor, gavalı, kartof, alma, nar və s. məhsullarda ziyanlı orqanizmlər aşkarlanıb. Bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə də məlumat verilib.

“Rosselxoznadzor Azərbaycanın müvafiq qurumuna israrlı şəkildə tövsiyə edib ki, Rusiyaya ixrac olunan məhsullara nəzarət gücləndirilsin. “Əgər bundan sonra da belə hallar aşkarlanarsa, Azərbaycandan həmin məhsulların idxalına məhdudiyyət tətbiq olunması məcburiyyəti yarana bilər”, – deyə rəsmi məlumatda bildirilir.

Bu xəbardarlığa münasibət bildirən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli açıqlamanı daha çox siyasi motivli hədələmə sayır. Onun sözlərinə görə, Azərbaycandan ixrac olunan, o cümlədən Rusiyaya göndərilən məhsullar kifayət qədər keyfiyyətli olur: “Bizim fermerlər çalışırlar ki, daha sağlam məhsulları ixrac eləsinlər. Çünki bir neçə gün yolda olur, anbarda saxlanılır, xarab ola bilər. Sərhəddə də ciddi yoxlanılır. Nəsə aşkarlanırsa, geri qaytarılır. Uzun müddət Rusiyanın bizim məhsullardan heç bir narazılığı olmayıb. Hesab edirəm ki, indiki halda bu açıqlama təsadüf deyil. Bu açıqlamada təzyiq, hədələmə qoxusu duyulur sanki…”

V.Məhərrəmli bildirdi ki, karantin obyekti olan zərərvericilər Rusiyanın özündə də yayılıb. Mütəxəssisin sözlərinə görə, Azərbaycana toxumlar əsasən Rusiyadan gəlir.

Mütəxəssis onu da əlavə etdi ki, əgər Rusiya Azərbaycandan meyvə-tərəvəz idxalını dayandırarsa, bu, ölkəmizdə kənd təsərrüfatının inkişafına, gəliri buradan olan əhalinin dolanışığına mənfi təsir göstərəcək. 2019-cu ildə Azərbaycandan Rusiyaya təkcə pomidor ixracı 188 milyon dollar təşkil edib.

“Turan” agentliyinin rəhbəri Mehman Əliyev isə fərqli fikirdədir. O, hesab edir ki, indiki halda Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə gərginlik yoxdur. Ona görə də, Rusiyanın Azərbaycana münasibətdə təzyiq məqsədilə hansısa addım atdığı inandırıcı deyil:

“Ola bilər ki, gerçəkdən Azərbaycandan idxal olunan meyvə-tərəvəzlərdə xəstəlik tapılıb. Hazırda Rusiya ilə münasibətlərimiz kifayət qədər normaldır. Qarabağda antiterror əməliyyatlarına, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə Moskva qarşı çıxmadı. Putin bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinə hərbi müdaxilə etməyəcək. Rusiyanın Türkiyə ilə də sıx əməkdaşlığı var. Rusiya telekanallarındakı tok-şoulara baxanda da görürsən ki, son vaxtlar Qarabağ mövzusu onlar üçün artıq gündəm deyil. Üstəlik, Azərbaycandan meyvə-tərəvəz idxalı elə məsələ deyil ki, ondan ciddi təzyiq kimi istifadə olunsun. Ən əsası, bunun üçün zəmin də yoxdur. Bir müddət əvvəl Azərbaycandan Avropaya fındıq ixracına da qadağa qoyulmuşdu”.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam