Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Kəlləçarxa çıxan borclar: -dünya maliyyə piramidası

Kəlləçarxa çıxan borclar: dünya maliyyə piramidası

Bu günlərdə “İnstitute of İnternational Finance”ın (İİF) dərc olunmuş hesabatına görə koronavirus pandemiyası üzündən bu ilin sonunda 277 trilyon ABŞ dolları kimi rekord həddə çatacaq. Borc həcminin ötən ilə nisbətən 15 trilyon dollar artdığı da bildirilir.

Yenixeber.org: Məcmu borcların bu qədər artmasını ekspertlər dünya boyu aşağı faiz dərəcələri üzündən hökumətlər və şirkətlər tərəfindən daha çox borc və kredit götürülməsi ilə bağlayırlar. Bununla bağlı defolt risqinin ortaya çıxdığı da qeyd olunur: “Hazırda dünya məcmu borcları ÜDM-nin 322 faizindən artıqdır ki, bu da 2008-ci il maliyyə böhranının əvvəlinə nisbətən 40 faiz bəndi, yəni 87 trilyon dollar çoxdur”.

Məlum olduğu kimi, dövlətlər arasında daha çox borclu olan inkişaf etmiş ölkələrdir. Məhz bu ölkələrin hökumətləri son illər ərzində yüksək iqtisadi artım sürətini saxlamaq üçün sağa-sola bədxərclik edərək kredit götüreblər. Pandemiya başlayandan bu yana isə borc və kreditlərin həcmi dəfələrlə artaraq ağlasığmaz həcmə çatdı. Bütövlükdə, inkişaf etmiş ölkələrdə dövlət borclarının ümumi həcmi 184 trilyon dollar, yəni ÜDM-nin 383 faizi (!), halbuki inkişaf edən ölkələrdə bu, cəmi 71 trilyon dollar və 219 faizdir. O cümlədən İİF-ə görə ABŞ-da hökumətin, vətəndaşların və işgüzar sektorunun məcmu borcu ÜDM-nin 327 faizi, avrozona ölkələrində 391 faizi, Yaponiyada isə hətta 548 faizidir.

Görəsən, ən güclü iqtisadiyyata malik ölkələr niyə bu qədər borclanır? Bunun səbəbi çox bəsitdir: kasıb ölkələrin vətəndaşlarını şirnikləndirən sosial proqramları külli miqdarda maliyyə istəyir. Bununla yanaşı, əsassız yerə pul emisiyaları üzündən baş verən hiper inflyasiya və devalvasiyalar, əmək məhsuldarlığının azlığı və s. kimi amillər də özünü göstərir.

Əslində, baş verənlərdən belə çıxır ki, hətta ən qüdrətli ölkələrin iqtisadiyyatı belə o qədər də dayanıqlı deyil, hazırkı pandemiya isə onların zəif tərəflərini üzə çıxardı. “Bu virus üzündən sənaye istehsalı üçdə birdən artıq azaldı. Bir çox müəssisələr fəaliyyətini dayandırıb, gəlir gətirmir, kreditlərin həcmi də əvvəlki səviyyədə qalır. Hökumətlər çətin seçim qarşısında qalır – ya istehsalatın dayanmaması üçün vəsait buraxmaq, ya da müflisləşməsilə barışmaq. Hər iki halda maliyyə böhranı daha da güclənə bilər”, – “Finam”ın eksperti Alexei Korenev qeyd edib.

Lakin başqa bir qəribə məqam var: ən çox borclanan inkişaf etmiş ölkələr eyni zamanda iqtisadi cəhətdən nisbətən az inkişaf etmiş ölkələrə külli miqdarda borc-kreditlər verir, yaxud beynəlxalq donor təşkilatları olan İMF, Dünya Bankı, EBRD, ABŞ FRS və s. üçün əsas maliyyə mənbədirlər. Həmçinin bir sıra inkişaf etmiş ölkələri qeyri-rəsmi birləşdirən Paris Klubu kimi nüfuzlu donor qurumunu da unutmayaq. Yuxarıda sadalanan beynəlxalq maliyyə təşkilatları Paris Klubunda müşahidəçi statusundadır.

Beləliklə, dünya iqtisadiyyatında borcların bir nöpx əbədi dövriyyəsi göz qabağındadır. Bir çox ekspertlərin qənaətinə görə ən nüfuzlu inkişaf etmiş ölkələrin borclarını qaytaracağı ağlabatan deyil, əksinə, yeni-yeni borclar götürəcəklər, nəticədə məcmu borcların artımı bundan sonra da davam edəcək.

Hesablamalara görə, hazırkı borcları ödəyib bağlamaq üçün bütün dünya əhalisi iki ilyarım ərzində aramsızz çalışmalı, lakin hər cür istehlakı dayandırmalıdır. Əslində borclanmağın ayıb olduğunu deyən yoxdur. Bunun pis tərəfi əksər hallarda borcların heç də iqtisadiyyatın canlanmasına, əmək məhsuldarlığının artmasına təkan verməməsidir. Nəticədə borclar qaytarılmır. Məsələn, “İnternational Trade Center”in təqdim etdiyi “SME Competetiveness 2020 – Covid-19” adlı araşdırmasında qeyd edildiyi kimi pandemiya dövründə özəl sektoruna artan kredit ayrılmalarına baxmayaraq, karantrin tədbirləri üzündən orta və kiçik müəssisələrinin 18 faizi bağlanma risqilə üzləşir. Bu da dünya ÜDM-sinə mənfi təsir göstərməyə bilməz. Yəni ayrılan kreditlərin səmərəli istifadə olunmadığı, israf edildiyi göz qabağındadır.

Koronavirus pandemiyası dövründə daha da kəskinləşən bu problemlər ekspertləri dünya iqtisadiyyatı modelinin təkmilləşdirilməsini daha çox dilə gətirməyə sövq edir. Əslində, mövcud vəziyyət yaxşı tanıdığımız maliyyə piramidasından başqa bir şey deyil. Hərçənd onu da bilirik ki, hər bir dələduzluq son nəticədə mütləq cəzaalandırılıır.

Qulu Nuriyev, ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam