Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AİB: Dünya iqtisadiyyatının itkisi 8,8 trilyon dollara çata bilər

Bu il koronavirus pandemiyasının yaratdığı fəsadlara görə dünya iqtisadiyyatının itkisi 5,8 - 8,8 trilyon ABŞ dolları aralığında dəyişə bilər.

Yenixeber.org: Bu proqnoz qərargahı Manilada yerləşən Asiya İnkişaf Bankının (AİB) hesabatında yer alıb.

“Yeni növ koronavirusun səbəb olduğu pandemiya nəticəsində dünya iqtisadiyyatı 5,8 trilyondan 8,8 trilyon ABŞ dollarına qədər itki verə bilər ki, bu da qlobal ümumi daxili məhsulun 6,4 - 9,7%-nə bərabərdir”, - sənəddə deyilir.

Bank ekspertləri qeyd ediblər ki, zərərlərinin 8,8 trilyon ABŞ dolları olacağı təxmini məhdudiyyətlərin altı ay ərzində qüvvədə olacağı uzunmüddətli risk dövrü üçün ssenarinin qiymətləndirilməsidir. İqtisadi aktivliyin üç ayda bərpa olunacağı ssenaridə isə bu rəqəm 5,8 trilyon ABŞ dolları olacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam