Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Nəhəng iqtisadi və siyasi layihənin təməli qoyulur

 

Vahid Əhmədov: “TANAP Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir” 

“Bu layihənin Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Mən hətta bu layihəni 21-ci əsrin müqaviləsi adlandırmışam. Çünki bu layihə həm siyasi, həm iqtisadi cəhətdən Azərbaycan üçün çox əhəmiyyətlidir”.

 
 
"Xeberinfo.com":  Baş nazirin sabiq müavini, deputat Vahid Əhmədov “Yeni Müsavat”a Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) martın 17-də baş tutacaq təməlqoyma mərasimi və bu layihənin önəmi ilə bağlı danışarkən bunları bildirdi.
Deputat qeyd etdi ki, Azərbaycan qazının ixracı ilə əlaqədar bu layihənin əhəmiyyəti danılmazdır: “Bu layihənin həyata keçirilməsinə böyük səylər sərf olunub, Azərbaycan dövlətinin başçısı çox böyük iradə göstərib. Çünki Azərbaycan qazının ixracı ilə əlaqədar qonşu dövlətlərdən təzyiqlər oldu. Çoxsaylı səfərlər zamanı istənilirdi ki, Azərbaycan qazı Rusiya vasitəsilə Avropaya çıxarılsın. Amma Azərbaycan prezidenti 2013-cü ilin dekabrında qərar qəbul etdi. O zaman İzmirdə belə bir bəyanat imzalandı ki, Azərbaycan qazı Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxarılır. 2014-cü ilin 20 sentyabrında bu layihənin əsası qoyuldu, Bakıda müqavilə imzalandı. Bu arada layihənin həyata keçirilməsi üçün ciddi işlər görüləcək”.
V.Əhmədov bu yaxınlarda ölkə prezidentinin Bolqarıstana etdiyi səfəri də xatırlatdı: “Bolqarıstanda da bu layihənin həyata keçirilməsi üçün addım atılacağı razılaşdırıldı və bununla əlaqədar memorandum da imzalandı. Yəni "Nabucco"nun uzunluğu 3200 km idisə, bu layihə hardasa 1300 km uzunluğunda olacaq. Bu layihə bir tərəfdən də investorların Azərbaycana marağını artırır. Yəni layihəyə 45 milyarda yaxın investisiyanın qoyulması iqtisadi cəhətdən çox böyük əhəmiyyət kəsb edir”. Deputat qeyd etdi ki, TANAP həm də siyasi layihə olması səbəbindən də xüsusilə qiymətlidir: “Azərbaycana daha çox indi dövlətlər investisiya qoyurlarsa, bu, bir daha Azərbaycanın müstəqilliyinin qorunub-saxlanılması, daimi olması üçün də əlavə şərait yaradır”.
V.Əhmədov bu layihənin gerçəkləşməməsi üçün Rusiya təhlükəsinin sovuşub-sovuşmadığına da aydınlıq gətirdi: “Fikir verirsinizsə, Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya çıxarılması ilə əlaqədar məsələlər öz həllini tapdı, Putin Türkiyəyə səfər etdi və ”Cənub axını" ilə əlaqədar Ərdoğanla müqavilə imzaladı. Bu layihə vasitəsilə Rusiya qazı Türkiyə vasitəsilə Avropaya çıxarılmalı idi. Amma sonradan Avropa dövlətləri buna etiraz etdilər, faktiki olaraq bu, Rusiyaya etiraz idi. Onu da deyim ki, Azərbaycanın dövlət başçısı TANAP layihəsinin gerçəkləşməsində Rusiyanın marağını da nəzərə almışdı. Avropanın o hissəsinə ki, Rusiya qazı ötürülür, biz o hissəyə toxunmamışdıq. Biz Rusiya qazının olmadığı bölgələrə Azərbaycan qazının verilməsinə razılaşmışdıq. Yəni ortada centlemen saziş var idi ki, harada Rusiya qazı varsa, ora müdaxilə etməyəcəyik. 
Amma çox təəssüf olsun ki, sonradan Rusiya Türkiyə ilə belə bir müqavilə imzaladı. Yaxşı ki, sonra bu müqavilədən özləri imtina etməyə məcbur oldular". İqtisadçı ekspert qeyd etdi ki, Rusiya hər zaman Azərbaycanın karbohidrogen ehtiyatlarını ixrac etməsinə sərt münasibət sərgiləyib: “Amma bu yaxınlarda 3 dövlətin - Azərbaycan, Türkiyə və Türkmənistanın başçıları görüşməlidir. Türkmənistan qazının da Xəzər dənizi vasitəsilə bu layihəyə qoşulması ehtimalı həddən artıq böyükdür. İlk mərhələdə ildə təqribən 21 milyard kubmetr qaz ixrac etmək istəyirlər. Sonra bunun həcmi 30 milyarda kimi artırılacaq. Yəni imkanlar çoxdur, Azərbaycanın da qaz ehtiyatı həddən artıq böyükdür. Belə məlumat verildi ki, ehtiyatlarımız 6 trilyondan da artıqdır. Bu mənada TANAP layihəsi Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir".
Qeyd edək ki, TANAP-ın təməlqoyma mərasimi 17 martda Qarsda prezidentlərin iştirakı ilə qoyulacaq. 
Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib ki, bununla da TANAP-ı bir daha bölgəyə və dünyaya elan etmiş olacağıq. Qarsda bu möhtəşəm mərasimlə bağlı ciddi hazırlıq işləri görülüb, küçələr Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib. Trans Anadolu Qaz Boru Kəməri təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır.
Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. TANAP layihəsinin işə düşməsi Şahdəniz-II layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci il üçün nəzərdə tutulub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam