Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Millimizin futbolçusu vəfat etdi

Millimizin futbolçusu vəfat etdi

Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü olmuş Nino Qurqenidze dünyasını dəyişib.

Yenixeber.org: AFFA-nın rəsmi "facebook" səhifəsində xəbər verilir ki, 20 yaşlı hücumçu uzun sürən xəstəlikdən sonra vəfat edib. 

Qurgenidze son olaraq, Azərbaycanın U-19 yığmasında 2018-ci ilin 3 - 9 oktyabrında Türkiyədə Avropa çempionatının seçmə oyunlarında meydana çıxıb. Həmin görüşlərdə Türkiyəyə 0:2, İsveçrəyə 0:3 hesabı ilə uduzan milli komanda son qarşılaşmasında Kiprə qalib gəlib - 2:1. Həmin matçda Azərbaycan yığmasının ikinci qolunu məhz Qurgenidze vurub.

Xəstəliyi üzə çıxdıqdan sonra o, Türkiyədə müayinədən keçib və müalicəsini Gürcüstanda davam etdirib.

Qeyd edək ki, Nino Qurgenidze 2016-cı ildən Azərbaycanın aşağı yaşlılardan ibarət yığmalarına dəvət alıb. O, əvvəlcə U-17, daha sonra U-19 millisində forma geyinib.

Allah rəhmət eləsin!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam