Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Ramin Musayev:"Premyer Liqaya 3 komanda çıxsa, autsayder diviziona düşəcək"

 

"Mövsümün sonunda I Diviziondan 3 komanda gəlsə, Premyer Liqanın autsayderi diviziona düşəcək".

Yenixeber.org: Bu fikirləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Premyer Liqada cari mövsümün sonunda axırıncı yeri tutan komandanın I Diviziona düşüb-düşməyəcəyi ilə bağlı danışarkən deyib.

PFL rəsmisi bildirib ki, bu məsələdə hər şey aşağı dəstə klublarının maddi durumundan asılı olacaq: "I Diviziondan başqa hansısa klub lisenziya şərtlərini yerinə yetirə bilsə və maddi imkanı Premyer Liqada iştiraka imkan versə, o zaman elitada sonuncu pilləni tutan komandanı sözsüz ki, həmin kollektiv əvəzləyəcək. Bu, birmənalı şəkildə belə olacaq".

R.Musayev "Diviziondan 2 və ya 3 komanda Premyer Liqaya yüksələrsə, aşağı dəstədə onları hansı klublar əvəzləyəcək" sualına isə belə cavab verib: "Planda var ki, divizionda da bölgə klublarının sayını artıraq. Premyer Liqaya çıxan klubların yerinə həmin kollektivlər yarışa qatıla bilərlər".

Qeyd edək ki, hazırda Premyer Liqada "Qəbələ" klubu 13 xalla sonuncu - 8-ci pillədədir. Yeni mövsümdən I Dİviziondan "Kəpəz" və "Turan Tovuz" klublarının elitada mübarizə aparacağı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam