Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Niderland və Belçika çempionatları birləşdirilir

 

Niderland və Belçika Futbol Federasiyaları dünya futboluna ciddi yenilik gətirməyə hazırlaşır.

Yenixeber.org:  Bu barədə Almaniyanın “Kicker” nəşrinə açıqlamasında Belçikanın “Brügge” klubunun prezidenti Bart Verhaq deyib.

Klub rəsmisi bildirib ki, Avropanın böyük “beşlik” liqaları – İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Fransa Liqa 1 ilə rəqabətə girə biləcək ortaq çempionat təşkil etmək üçün danışıqlara start verilib.

“Bene Liqa” adlanacaq yeni çempionatda ümumilikdə 18 komanda iştirak edəcək. Bunların 10-u Niderlanddan, 8-i isə Belçikadan olacaq. Mövsümün sonunda son iki pilləni tutacaq klublar aşağı dəstəyə düşəcəklər. Onların əvəzinə isə iki ölkənin yerli çempionları yeni yaradılan liqaya vəsiqə qazanacaqlar.

Yeni layihədə əsas məqsəd teleyayım gəlirlərini artırıb, Avropanın 5 böyük çempionatı ilə rəqabətə qoşulmaqdır. Hazırda Belçika və Niderland çempionatlarının yayım gəliri təqribən 80 milyon avrodur. Hesablamalara görə, yeni çempionatın yaradılmasından sonra bu rəqəm 400 milyon avroya çatacaq.

Qeyd edək ki, Niderland və Belçika 2000-ci ildə futbol üzrə Avropa çempionatını da birlikdə təşkil etmişdi. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam