Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan Premyer-Liqasında neçə klub iştirak edəcək? -RƏSMİ AÇIQLAMA

"Premyer Liqaya vəsiqə qazandıqları deyilən 3 klub barədə məlumatlar qeyri-rəsmi xarakterlidir. Rəsmi məlumat isə odur ki, Lisenziyalaşdırma Qrupunun hesabatını gözləməliyik".

Yenixeber.org:  Bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O bildirib ki, İcraiyyə Komitəsinin son iclasında növbəti mövsüm Premyer Liqada 8 komandanın çıxış etmə ehtimalının böyük olduğu vurğulanıb: "Təbii ki, arzumuz 10 komandadır. Amma Premyer Liqada iştirak üçün müraciət edən I Divizion klubları sənədlərə, lisenziyalaşdırmaya uyğun hərəkət etmirlərsə, o zaman lisenziyanı da əldə edə bilməyəcəklər. Bir daha deyirəm: Arzumuz 10 komandadır. Amma hazırda sənədlərə baxaraq, görürük ki, 8-dən çox komandanın oynaması mümkün deyil".

E.Məmmədov AZAL-ın gedişindən sonra Premyer Liqada boş qalan 8-ci yerə hansı komandanın sahib çıxacağı məsələsinə də aydınlıq gətirib. O, elitada oynamaq üçün edilən müraciətlərə baxılacağını söyləyib: "3 komanda müraciət edib. Onların adlarını hələlik məxfi saxlamalıyıq. Bəziləri müraciət kağızı göndəriblər. Sənədlər isə gəlməyib".

Baş katib fəaliyyətini dayandırdığını bəyan edən AZAL komandasının yaşayacağını söyləyib: "Bu klub I Divizionda mübarizə aparacaq. AZAL-ın öz imkanları var. Premyer Liqa ilə müqayisədə I Divizionda oynamaq üçün böyük vəsait lazım deyil. Onların bu vəsaiti qarşılamağa imkanları çatır. Məncə, problem olmayacaq və AZAL idman prinsiplərini pozmayaraq, I Divizionda çıxış edəcək. Düşünürəm ki, bu komandanın aşağı liqada olmasının diviziona müsbət təsiri olacaq".

Qeyd edək ki, 2017-2018 mövsümündə Azərbaycan Premyer Liqası və Avropa kuboklarında iştirak üçün lisenziya alan klubların adları mayın 12-də açıqlanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam