Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

"Premyer Liqaya buraxılmasaq, istefa verəcəm"

 

Birinci divizionda çempionluğunu rəsmiləşdirən "Neftçala" klubunun baş məşqçisi Kamal Quliyev komandasının Premyer Liqaya buraxılamamasına münasibət bildirib.
"Xeberinfo.com":  Qol.Az saytına açıqlama verən veteran futbolçu yüksək liqada iştirak edəcəklərinə inandığını deyib:
"Lisenziya məsələsi ilə bağlı AFFA-ya müraciət etmişik. Məncə, Premyer Liqada iştirak edəcəyik. Çempion olan komanda yüksək liqada oynamalıdır. Premyer Liqada oynamaq bizim haqqımızdır. Qarşıdakı 2-3 gün ərzində AFFA-dan bizə dəqiq cavab veriləcək".
K.Quliyev "Neftçala"da Premyer Liqada çıxış etmək üçün hərtərəfli şəraitin olduğunu qeyd edib: "Əsas odur ki, Premyer Liqaya buraxılaq. Belə olsa, qalan məsələlər öz yoluna düşəcək".
K.Qulyev onu da əlavə edib ki, "Neftçala" Premyer Liqaya buraxılmasa, komandanı tərk edəcək: "Bir il ərzində əziyyət çəkib, yüksək liqaya vəsiqə qazanmışıq. İndi bizim Premyer Liqadan kənarda qalmağımız komandada böyük ruh düşkünlüyü, inamsızlıq yaradar. Əgər elitaya byraxılmasaq, istefa verəcəm. Bu barədə klub rəhbərliyi ilə də söhbətim olub. Komandamızın bir neçə üzvü də var ki, onlar Premyer Liqa səviyyəsində olan futbolçulardır. İnanıram ki, həmin futbolçular da yüksək liqa təmilçilərində çıxış edəcəklər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam