Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Bakı Olimpiya Stadionunda keçiriləcək döyüş gecəsi üçün biletlər satışa çıxarılıb

 

 

Mayın 4-də Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək WFCA-48 döyüş gecəsi üçün biletlər satışa çıxarılıb

 

Yenixeber.org: BOS-dan verilən məlumata görə, satış iticket.az saytı, şəhərin mərkəzləşdirilmiş kassalarında, həmçinin ASAN mərkəzlərində onlayn aparılır. Qiymətlər isə 5, 10 və 20 manat arasında dəyişir.

Yarışla bağlı mətbuat konfransı mayın 2-də BOS-da, rəsmi çəki mərasimi mayın 3-də "Gənclik Mall" Ticarət Mərkəsində təşkil olunacaq. Turnir "CBC Sport" kanalı tərəfindən "Match TV" üçün siqnal ötürülməsi ilə canlı yayımlanacaq.

Gecədə Azərbaycan, Rusiya, Argentina, ABŞ, Qırğızıstan, Braziliya, Ukrayna, Niderland, Qazaxıstan, Tacikistan və Dominikan Respublikasının MMA döyüşçüləri bacarıqlarını göstərəcəklər.

Təşkilatçı ölkəni Bəxtiyar Arzumanov, Mehman Məmmədov, Tofiq Musayev və Vüqar Kərəmov təmsil edəcək. 

Saat 19:00-da başlayacaq turnirin təşkilatçıları "Olimpiya" və "Akhmat" döyüş klubları və Bakı Olimpiya Stadionudur.

"Akhmat" klubunun tanınmış nümayəndəsi, çempionu, ən perspektivli rusiyalı döyüşçülərdən biri olan Məhəmmədrəsul "Frodo" Hasbulayev (28-7) turnirin super-döyüşündə Salman Jamaldayev (15-1) ilə görüşəcək.

Ümumilikdə, WFCA-48 turnirində MMA qaydalarına uyğun olan 14 döyüş keçiriləcək. Rinq Bakı Olimpiya Stadionunun əsas meydanında qurulacaq, tamaşaçılar isə 3000 yerlik oturacaqlarla təmin ediləcəklər.

 

Təşkilatçılar ümid edirlər ki, Azərbaycanda ilk dəfə keçiriləcək turnir tamaşaçıların rəğbətini qazanaraq bir ənənənin başlanğıcı olacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam