Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İslam Həmrəyliyi Oyunları üçün 500 min bilet satışa çıxarılacaq –QİYMƏTLƏR

islam oyun loqo

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının biletləri martın 19-da satışa çıxarılacaq.

Xeberinfo.com:   Təşkilatçı qurumdan verilən məlumata görə, oyunlarda idmanın 20 növü üzrə 500 mindən çox biletin satışa çıxarılması nəzərdə tutulur. İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər.

Qiymətləri 2 manatdan başlayacaq biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzləri isə “Park Bulvar”, “Gənclik” və “28 Mall”dur. Həmçinin Oyunların keçiriləcəyi 16 idman obyektində satış köşkləri fəaliyyət göstərəcək.

Bütün 190 idman sessiyası üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 manatdır. 16 yaşadək uşaqlar 13 idman arenasında yarışları pulsuz izləyə biləcəklər. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika stadionuna təyinatlı biletlərin qiyməti 1 manatdır. Digər idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasiminə biletlərin qiyməti 20-200 manat, bağlanış mərasiminə isə 10-100 manat olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam