Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"Fənərbağça"nın futbolçusu keçmiş klubunu məhkəməyə verib

 

Türkiyənin "Fənərbağça" komandasının futbolçusu Matyö Valbuena keçmiş klubu Fransa "Marsel"ini məhkəməyə verib

 

Yenixeber.org: "L Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, 33 yaşlı yarımmüdafiəçi üst-üstə 618 min avro tələb edir. Bu məbləğdən 568 min avrosunu fransalı oyunçunun keçmiş agenti Kristof Yuttoya ödədiyi, 50 min avrosu isə ona dəyən mənəvi ziyandır.

Valbuenanın iştirakı ilə qalmaqal 2014-cü ilin yayında "Marsel"dən Rusiyanın "Dinamo" (Moskva) klubuna keçdiyi vaxt baş verib. Oyunçu agentinə pulu, transferini yay pəncərəsinin sonunadək yekunlaşdıracağı təqdirdə ödəməli imiş. Lakin transfer baş tutsa da, o, həmin vəsaiti ödəməyib. Nəticədə agentinə olan borc üzündən Valbuenanın "Porsche Cayenne" markalı avtomobili məhkəmə tərəfindən müsadirə olunub. Sonradan Valbuena borcunu bağlasa da, pullarını geri istəyib. Təcrübəli oyunçunun sözlərinə görə, "Marsel"in prezidenti Vensan Labrün transferin gerçəkləşdiyi vaxt klubun agentə lazımi miqdarda vəsaiti futbolçunun mükafatları hesabına ödəcəyinə dair şifahi öhdəlik götürüb. 

Məhkəmə ilk iddia ərizəsini rədd edib. İşlə bağlı qərar iyunun 13-də çıxarılacaq.

Qeyd edək ki, Matyö Valbuena 2006 - 2014-cü illərdə çıxış etdiyi "Marsel"dən Moskva "Dinamo"suna, 2017-ci ilin iyununda isə "Fənərbağça"ya keçib. O, "sarı-lacivərdlilər"in heyətində 15 oyuna 5 qol vurub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam