Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Atletiko"nun futbolçusu "Qarabağ"la oyundakı hərəkətinə görə cəzalandırıldı

"Atletiko"nun futbolçusu "Qarabağ"la oyundakı hərəkətinə görə cəzalandırıldı

 

Bakıda "Qarabağ" komandası ilə keçirdikləri Çempionlar Liqasının qrup mərhələsinin III tur matçı zamanı davranışı İspaniyanın "Atletiko" klubunun futbolçusu Yannik Karraskoya baha başa gəlib

 

Yenixeber.org: Baş məşqçi Dieqo Simeone 72-ci dəqiqədə əvəzləndiyi vaxt meydanı ləng tərk edən belçikalı yarımmüdafiəçini cəzalandırıb.

Argentinalı mütəxəssis 24 yaşlı oyunçunun komandaya qol vurmağın vacib olduğu anda saymazyana davranışa yol verdiyi qənaətinə gəlib. Bu səbəbdən, Karrasko "Selta" ilə İspaniya La Liqasının IX tur matçına aparılmayıb. Klubdan verilən rəsmi açıqlamada isə futbolçunun dizində zədə olduğu üçün meydana çıxmadığı bildirilib. Simeone cinah yarımmüdafiəçisinin hərəkətini nəticədən məmnun olmaması ilə izah edib.   

Qeyd edək ki, "Qarabağ"la matçda qolsuz heç-heçə edən "Atletiko" "Selta"nı yenməyi bacarıb - 1:0. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam