Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Bu gün qalib kim olacaq?- "Real Madrid", yoxsa PSJ

Bu gün qalib kim olacaq?

 

 

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçları keçiriləcək

 

Yenixeber.org: İkinci oyun günündə iki görüş baş tutacaq. Qarşılaşmalardan biri İspaniyada, digəri Portuqaliyada reallaşacaq. Ardıcıl iki mövsüm turnirin qalibi olan "Real Madrid" favoritlərdən sayılan Fransa təmsilçisi PSJ-ni qəbul edəcək.

La Liqada 42 xalla 4-cü pillədə qərarlaşan və lider "Barselona"dan 17 xal geri qalan "Kral klubu" üçün cari mövsüm heç də yaxşı keçmir. Komandanın baş məşqçisi Zinəddin Zidanın aqibəti fransızlarla dueldən asılıdır. PSJ isə böyük pulların müqabilində qitənin ən nüfuzlu klub turnirində qalib olmağı hədəfləyib.

Madrid təmsilçisinin heyətində Daniel Karvahal cəza, Xesus Vallexo isə zədə üzündən meydana çıxa bilməyəcək. Dani Sebalyosun durumu isə sual altındadır. PSJ-də isə zədəli Kevin Trapp oynamayacaq. Digər zədəlilər - Edison KavaniTyaqo Motta və Leven Kyurzavanın qarşılaşmada iştirak edib-etməyəcəkləri dəqiq bilinmir.

Günün digər qarşılaşması Portuqaliyanın "Portu" və İngiltərənin "Liverpul" kollektivləri arasında olacaq. Ölkə çempionatının lideri olan meydan sahibləri ilk matçda müsbət nəticə əldə etmək arzusundadırlar. Cütün favoriti sayılan qonaqlar isə səfərdən sərfəli hesabla qayıtmaq istəyirlər.

"Portu"da Felipe Monteyro cəzalıdır. Zədədən əziyyət çəkən İvan Markano, Andre Filipe Braş və Vensan Abubakarın durumuna matç ərəfəsində aydınlıq gələcək. "Liverpul"da isə iki itki var. Emre Can cəza, Nataniel Klayn isə zədə üzündən görüşdə iştirak etməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam