Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Xaqani Məmmədov haqda şok video: Rüşvət qalmaqalı

 

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov oyun alqı-satqısındakı xüsusi iştirakı ilə yenə diqqət mərkəzinə düşüb.

 

Xeberinfo.com:  Məlumata görə,  2001-ci il, ilyulun 28-də - UEFA Kubokunda "Osiek" (Xorvatiya) və "Dinaburq" (Latviya) arasında keçirilən cavab matçı üçün “qiymət davası” döyməsinin səs yazısı oyunun görüntülərinin yayılması ilə ortaya çıxıb.

 

Balkanlılar ilk görşdə 1:2 hesabı ilə məğlub olmuşdular. Buna görə də növbəti mərhələyə vəsiqə qazanmaq üçün evdə onları 1:0 da qane edirdi.

O zaman Avropa futbol təşkilatı oyunun idarəçiliyini Asim Xudiyev, Rufulla Kərimov, Ramiz Əsədov və Xaqani Məmmədovdan ibarət azərbaycanlı hakimlər briqadasına tapşırmışdı.

 

Latviyalılar birinci hissədə qapısında qol görüb. Asim Xudiyevin 44-cü dəqiqədə təyin etdiyi penaltini Yosip Balatineç qonaqların qapısından keçirib.

Qorxuya düşən Latviya klubunun rəsmiləri ikinci hissənin gedişində azərbaycanlı hakimlərə rüşvət təklif edib.

 

Oyunun videosunda düşən səs yazısından da göründüyü kimi, Xorvatiyada 4-cü hakim funksiyasını yerinə yetirən Xaqani Məmmədov 72-ci dəqiqədə - "Dinaburq" sonuncu əvəzləməni edərkən qışqıraraq "təklif"i çatdırıb. Belə ki, hakimlər komitəsinin hazırkı sədri Asim Xudiyevə yüksək səslə “Asim, qonaqlar "niçya"ya 15 dənə verir” deyib (Sportinfo.az).

 

Məlumata görə, publika.az məsələ ilə bağlı Xaqani Məmmədovdan açıqlama almaq istəsə də, o, zəngləri cavabsız qoyub. Daha sonra digər hakim Asim Xudiyevin münasibətini öyrənməyə çalışdıq. O, X.Məmmədovdan fərqli olaraq, zəngimizə cavab verdi. Ancaq oyunun baş hakimi olmuş Asim Xudiyev vicdanının təmiz olduğunu vurğuladı:

 

“Sizə də deyirəm, bu matçda heç bir gözlənilməzlik qeydə alınmamışdı. "Osiek" güclü idi və 1:0 hesabıyla qalib olaraq növbəti mərhələyə keçdi.

Düzdür, ikinci hissədə Xaqani Məmmədovla Ramiz Əsədovun pul söhbəti ilə bağlı danışdığının şahidi oldum. Amma düzünü deyirəm, oyun zamanı söhbətin nədən getdiyini, nə barədə olduğunu anlamamışdım. Çünki mənim bütün fikrim, ağılım ancaq oyunda idi. Ancaq oyundan sonra isə söhbətin nədən getdiyini anlaya bildim. Bunun oyunun gedişatına heç bir təsiri olmadı. Bu baxımdan vicdanım təmizdir”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam