Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qəbələ” növbəti mərhələyə yüksəldi – Avropa Liqasında

qebele

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilir.

Xeberinfo.com:  Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” də növbəti matçına çıxıb.

Roman Qriqorçukun yetirmələri üçün qarşılaşma formal xarakter daşıyırdı. Belə ki, ilk oyunda Bakıda əldə olunan 5:1 hesablı darmadağından sonra səfərə rahat yollanan qəbəlilər məğlub olsalar da, növbəti mərhələyə yüksəliblər.

Hesabı meydan sahibləri açıblar. Zivzivadze 14-cü dəqiqədə özünə qarşı kobudluğa görə təyin olunan penaltini qola çevirib. Hissənin sonlarına yaxın “Qəbələ”nin yeni qolçusu Teo Uiks hesabı bərabərləşdirib.

İkinci hissə bərabərsəviyyəli oyun gedib. Azarkeşlər bir də matça əlavə olunmuş 2-ci dəqiqədə qol izləyiblər. Meydan sahiblərindən Şergelaşvili qələbə qolunu vurub.

Ancaq məğlubiyyətə baxmayaraq, turu keçən tərəf təmsilçimiz olub.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu

“Samtredia” (Gürcüstan) – “Qəbələ” – 2:1
Qollar: Zivzivadze, 14, Şergelaşvili, 90+2 - Uiks, 42

Baş hakim: Georgios Kizas
Baş hakimin köməkçiləri: Çasan Koula, İoannis Sipkas
Dördüncü hakim: Aleksandros Aretopulos (hamısı Yunanıstan)
Zestafoni. David Abaşidze stadionu
İlk oyun – 1:5


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam