Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

“İnter” və "Qəbələ" III təsnifat mərhələsinə çıxdı

 

Bakıda “Şəfa” stadionunda “İnter” və İslandiyanın “Hafnarfyordur” klubu arasında Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşması keçirilib. Oyun 2:2 hesabı ilə bitib.

"Xeberinfo.com":   Məlumata görə, ilk hissənin sonlarında Abbas Hüseynov komandamızı hesabda irəli çıxarıb. Lakin ikinci 45 dəqiqənin əvvəlində qonaqlar iki ardıcıl qolla önə keçiblər - 47-ci dəqiqədə Torararinn Valdimarsson, 52-də isə Kristian Finboqason fərqlənib. Bu qoldan 3 dəqiqə sonra Finboqason qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Oyunun əsas vaxtı bu hesabla bitib. İslandiyada keçirilən ilk oyunda “İnter” bu hesabla qələbə qazandıqdan qalibi müəyyən etmək üçün əlavə vaxt təyin edilib.

Əlavə vaxtın elə ilk dəqiqəsində Rauf Əliyev gözəl zərbə ilə oyunda bərabərliyi bərpa edib – 2:2. Bundan sonra qapılara qol vurulmayıb və “İnter” növbəti mərhələyə adlayıb.

Komandamızın növbəti mərhələdəki rəqibi İspaniyanın “Atletik” klubu olacaq.

Digər təmsilçimiz "Qəbələ" Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Serbiya “Çukariçki” ilə qarşılaşıb.

İlk oyunda səfərdə rəqibinə minimal hesablı məğlub olmuş “qırmızı-qaralar” bu dəfə yenilginin əvəzini layiqincə çıxa bilib.

Oyuna fəal başlayan təmsilçimiz ilk hissənin sonlarına yaxın hesabı aça bilib. Estoniyalı futbolçu Sergey  Zenyov fərqlənib.

İkinci hissəyə də aqressiv başlayan Roman Qriqorçukun yetirmələri 53-cü dəqiqədə Zenyovun dublu ilə fərqi iki topa çatdırıblar.

Oyunda başqa qol olmayıb.

Beləliklə, UEFA Avropa Liqasında III mərhələyə yüksələn "Qəbələ" tarixində ilkə imza atıb.

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Serbiya “Çukariçki” ilə qarşılaşıb.

"Qəbələ"nin III mərhələdə rəqibi Kiprin "Omoniyaklubu olacaq.

"İnter" ilk oyununu iyulun 30-da Bilbaoda, cavab qarşılaşması avqustun 6-da Bakıda keçiriləcək. "Qəbələ" isə ilk oyununu iyulun 30-da doğma meydanında, cavab oyununu isə avqustun 6-da Kiprdə keçirəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam