Redaktor seçimi
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Hacı Əliyev narazıdır -Nazirlikdən cavab

 

Sərbəst güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev Gənclər və İdman Nazirliyindən narazılıq edib.

Yenixeber.org xəbər verir ki, o, feysbuk hesabında paylaşım edərək ilin 10 ən yaxşı idmançısı siyahısında olmamasına və Xankəndidə Prezident İlham Əliyevlə görüşə dəvət almamasının səbəbini anlamadığını bildirib: 

“Bu il ilk dəfə 4 qat Avropa çempionu olaraq adımı Azərbaycan güləş tarixinə yazdım. Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının qalibi oldum. Amma Gənclər və İdman Nazirliyi tərəfindən heç bir diqqət görmədim, heç ilin ən yaxşı 10 idmançısı siyahısına da düşmədim. Cənab Prezidentimiz İlham Əliyev tarixi qələbə qazandığımız Qarabağa idmançıları dəvət etdi və onlarla görüşdü, idmançıları nə qədər sevdiyini sübut etdi. Amma çox heyif ki, nazirlik adımı Prezidentlə görüş siyahısına salmadı. İnanıram ki, ölkə başçısı məni orda görməyə çox sevinərdi. Bu qədər qələbə qazanmağıma, nəticə əldə etməyimə baxmayaraq, nazirlik məni bu görüşdən məhrum etdi. Bu haqsızlığa görə inanıram ki, tədbir görüləcək”.

Məsələ ilə əlaqədar Gənclər və İdman Nazirliyinə müraciət etdik. Nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 10-luq tam şəffaf sistemlə hesablanır: “Nazirlik xal sistemi ilə hazırlanan həmin 10-luğun formalaşdığı reytinqi bütün federasiyaların iştirakı ilə birgə hazırlayır. Belə ki, həmin siyahı hər bir federasiyanın təqdim etdiyi hesablama sisteminə əsaslanır. 

Ölkə başçısı ilə görüşə gəlincə, sözügedən görüşdə Prezident İlham Əliyevin 20 dekabr 2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”na, “Tərəqqi” medalına, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş şəxslər, eləcə də mənzil təqdim ediləcək idmançı və mütəxəssislər iştirak edirdilər.

Gənclər və İdman Nazirliyi idman federasiyalarının məsul şəxsləri ilə iki aydan bir keçirdiyi görüşlərdə müzakirələr aparır və hər bir qərar qəbul edilən zaman federasiyaların rəy və təkliflərini nəzərə alır. İnanırıq ki, federasiyalar öz məşqçi və idmançılarına prosesin necə aparıldığını lazımi qaydada izah edə biləcəklər.

Gənclər və İdman Nazirliyi sərbəst güləşçi Hacı Əliyevin ölkə idmanındakı xidmətlərini yüksək qiymətləndirir və ona bundan sonrakı karyerasında da uğurlar arzulayır”.(“Qafqazinfo”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam