Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

"Gəlib qızlarımıza dəstək olsunlar" -Baş məşqçi

 

"Qələbə münasibətilə komanda üzvlərini, məşqçilər korpusunu, azarkeşləri, futbolsevərləri, hamını təbrik edirəm. Tarixi bir gün idi. Hesabda irəli çıxdıq, daha sonra qol vurmaq imkanlarımız oldu, hətta penaltidən yararlana bilmədik. Bununla belə, vacib qələbə qazanmağı bacardıq". 

Yenixeber.org xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasında Kiprə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Qrupun son oyununda, dekabrın 5-də, “Dalğa Arena”da Farer adaları yığması ilə qarşılaşacağıq. Fürsətdən istifadə edib, bütün futbolsevərləri, azarkeşləri stadiona dəvət edirik. Gəlib qızlarımıza dəstək olsunlar” - deyə baş məşqçi açıqlayıb. 

Qeyd edək ki, bu qələbə xallarının sayını 13-ə çatdıran Azərbaycan yığması sona 1 tur qalmış qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam