Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Günün xəbəri

Bu güləşçimiz finala yüksəldi

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında finala yüksəlib.

Yenixeber.org: Məlumata görə, 92 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini məğlub edərək, həlledici görüşə vəsiqə qazanıb.

O, sentyabrın 18-də finalda qazaxıstanlı Rizabek Aytmuxanla qarşılaşacaq.

Yarışın ikinci günündə mübarizəyə qoşulan Turan Bayramov (74 kq) və Orxan Abasov (79 kq) yarımfinala qədər irəliləsələr də, finala adlaya bilməyiblər. Onlar sabah bürünc medal uğrunda yarışacaqlar.

57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə isə 1/8 finalda məğlub olub.

Qeyd edək ki, lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa çatacaq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam