Redaktor seçimi
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Günün xəbəri

İdmançılarımız Serbiyada medallar qazandılar

Azərbaycan badmintonçuları Serbiyanın Novi Sad şəhərində keçirilən "Youth International" turnirində 1 gümüş və 2 bürünc medal qazanıblar. 

Yenixeber.org: Federasiyadan verilən məlumata görə, Həbibə Quliyeva-Emma Karatanova (Ukrayna) tandemi 11 yaşadək qızların qoşa yarışında finala yüksəlməyi bacarıb. 

Burada Bolqarıstan badmintonçuları ilə qarşılaşan idmançılar ümumi hesabda 1:2 hesabı ilə uduzaraq gümüş medala sahib çıxıblar. 

Əli Gözəlov isə 15 yaşadək oğlanların qoşa yarışında bürünc medal əldə edib. O, israilli Yahav Sade ilə birgə bu kateqoriyada yarımfinaladək irəliləyib. Xorvat və serb badmintonçularına qalib gələn Əli Gözəlov-Yahav Sade cütü finala yüksəlmək uğrunda keçirilən və üç set davam edən görüşdə Rumıniya təmsilçilərinə məğlub olub. 

Daha bir medal qarışıq qoşa kateqoriyasında əldə edilib. 15 yaşadək badmintonçuların mübarizəsində Aysu Kərimzadə-Yahav Sade tandemi yarımfinala gedən yolda bolqar, macar və yunan-fransız cütünü mübarizədən kənarlaşdıraraq ən güclü 4-lüyə yüksəlib. Bu mərhələdə Almaniya təmsilçiləri qarşılaşan idmançılar rəqiblərinə 1:2 hesabı ilə yenilərək bürünc medal qazanıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam