Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

 "İdman menecmenti" ixtisaslaşmasının tələbələri Mançester şəhərindədir-FOTOLAR

Təlim-tədris məqsədilə Böyük Britaniyada olan “İdman menecmenti” ixtisasının magistrantları Mançester şəhərində Milli Futbol Muzeyini ziyarət ediblər. Muzeydə tarixi idman hadisələri və şəxsiyyətlərinə həsr olunan məlumatlarla tanış olan tələbələrimiz futbol liqalarının kuboklarına və oyunlar zamanı istifadə olunmuş tarixi eksponatlara baxıblar. Dünya futbol hakimliyi tarixində özünəməxsus iz qoymuş görkəmli azərbaycanlı referi Tofiq Bəhramov haqqında videoçarx magistrantlarımız tərəfindən böyük maraqla qarşılanıb.

Yenixeber.org: Mançester şəhərinə səfər çərçivəsində tələbələrimiz “Old Trafford” stadionunu da ziyarət ediblər. “Mançester Yunayted” Futbol Klubunun ev oyunlarını keçirdiyi və Avropanın ən böyük arenalarından biri hesab olunan bu idman qurğusunda magistrantlarımıza stadionun tarixi, yenidən qurulması, orada keçirilən oyunlar haqqında ətraflı məlumat verilib və onlar stadionun daxili bölmələrini gəzərək muzeylə tanış olublar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam