Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıda Avropa çempionatı BAŞLAYIR

Bu gün Bakıda Bədii gimnastika üzrə 39-cu Avropa çempionatına start veriləcək. 

Yenixeber.org:“Ulduz kimi parla” şüarı ilə keçiriləcək qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. 

Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar. 

Yarışda Azərbaycanı böyüklər arasında fərdi növdə Zöhrə Ağamirova və İlona Zeynalova təmsil edəcəklər. 

Qrup hərəkətləri proqramında isə böyüklər arasında xalça üzərinə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina çıxacaqlar. Gənclərin yarışında isə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup komandamız mübarizəyə qoşulacaq. 

Qeyd edək ki, çempionata mayın 21-də yekun vurulacaq. 

Yarış iştirakçıları azarkeşlərə həyəcanlı emosiyalar bəxş edəcəklər. Onlar Hollivud ab-havasında dizayn olunmuş, eyni üslublu dekorasiya elementləri və işıq effektləri ilə tərtib edilmiş zalda sərilmiş qırmızı xalıdan keçərək yarış meydançasına yol alacaq və peşəkar çıxışları ilə azarkeşlərin qəlbinə yol tapmağa çalışacaqlar. 

Çempionatın ən məzəli siması isə şübhəsiz ki, Avropa Gimnastikasının maskotu - Luici adlı meymun olacaq. O, tamaşaçılara və gimnastlara öz zarafatları, maraqlı proqramları ilə təbəssüm və pozitiv əhvali-ruhiyyə bəxş edəcək. 

Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi beşinci Avropa çempionatı olacaq. Bakı 2007-ci, 2009-cu, 2014-cü və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam