“İdman masajında qraston texnikasının tədbiq edilməsi” mövzusunda praktik dərs keçirilib-FOTOLAR

Yenixeber.org: “Müalicə və idman masajı-1“ fənni çərçivəsində təşkil edilən dərsdə fənn müəllimi Aytəkin Bakıxanova ilə yanaşı, qonaq-mühazirəçi qismində laboratoriyanın fizioterapevt-reabilitoloqu, “İdman tibbi və reabilitasiya” kafedrasının müəllimi həkim Tural İsmayılov da iştirak edib.
Dərs zamanı tələbələr idman masajında geniş istifadə edilən qraston texnikası ilə tanış olublar.