Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Ümummilli Liderin 100 illiyinə həsr edilmiş yarış keçirilib -FOTOLAR

 
Yanvarın 18-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) professor-müəllim və işçi heyəti arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş stolüstü tennis turniri keçirilib.
Yenixeber.org: Yarışın açılış mərasimində ASAPES-in İdman işləri üzrə prorektoru Fərid Mansurov və Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
Nəticələrə gəlincə, kişilər arasında “İdmanın oyun növləri” kafedrasının baş müəllimi Lütfiyar Rüstəmov bütün rəqiblərindən güclü olub. ASAPES-in Elmi katibi, professor Bəxtiyar Rüstəmov 2-ci, “Kütləvi sağlamlıq və tətbiqi idman növləri” kafedrasının dosenti Xasan Xasanov isə 3-cü yeri tutub.
Qadınlar arasında 1-ci yerə “İdmanın oyun növləri” kafedrasının dosenti Asmira Vahabzadə layiq görülüb. “Məşqçilik-2” fakültəsinin dekan müavini Sevda Qarayeva ilə “Sənədlərin icrasına nəzarət” bölməsinin müdiri Ruhəngiz Əsgərova müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıblar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam