Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Millimizin -Fransa sınağı

Millimizin Fransa sınağı

Yanvarın 18-19-da Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri keçiriləcək.

 

Yenixeber.org: Azərbaycan Güləş Federasiyasından daxil olan məlumata görə, ənənəvi yarışın proqramına əsasən, ilk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşçiləri mübarizə aparacaq. "Qran-pri"də ölkəmizi yunan-Roma güləşi üzrə yığmamız təmsil edəcək. Yanvarın 2-dən Rusiyanın Saransk şəhərində təlim-məşq toplanışı keçən millimiz sabah Rusiyadan Fransaya yollanacaq.

Nitsada baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (hər ikisi 72 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi 130 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam