Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Millimizin legioneri -"Falkao kimi əfsanə ilə birgə olmaq müsbət məqamdır"

Millimizin legioneri: Falkao kimi əfsanə ilə birgə olmaq müsbət məqamdır

"Yaxşı məşqlər keçdik. Həm Bakıda, həm də Kişinyovda bunun üçün imkanımız oldu. Əsasən taktiki planda çalışdıq. Baş məşqçi oyunda necə oynamalı olduğumuzu göstərdi. Əlbəttə, əvvəlki oyunlarda səhvlərimiz oldu. Joze Alesio həmin səhvləri təkrarlamamaq üçün tapşırıqlar verdi. Ümumi qənaətim belədir ki, oyuna hazırıq".

Yenixeber.org: Bunu Azərbaycan millisinin futzalçısı Vassura Moldova yığması ilə səfərdə keçirəcəkləri Avropa çempionatının seçmə qrup oyunundan əvvəl azfutzal.az-a müsahibəsində deyib. Braziliyalı legioner ciddi problemlərinin olmadığını açıqlayıb: "Bütün komanda olaraq, oyuna köklənmişik. Zədəli futzalçımız yoxdur. Rafael Vilela cəzalı olduğu üçün bizə qoşulmayıb. Yəqin ki, onun yoxluğunu hiss etdirməyəcəyik".

36 yaşlı oyunçu martın 4-də Bakıda Moldovaya 5:1 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, baş məşqçi Joze Alesio Da Silvanın komandaya iradlar bildirdiyini söyləyib: "Joze Alesio birinci “dördlüy”ün oyunu ilə bağlı narazılığını bildirdi. Taktiki planda düzgün oynamamışdıq. Xüsusən, müdafiədə səhvlərə yol vermişdik. Baş məşqçimiz həmin səhvləri bizə göstərdi. Əlbəttə, bunu təkrarlamamalıyıq".

Səfər qarşılaşmasının turnir cədvəli baxımından çox vacib olduğunu vurğulayan Vassuranın fikrincə, qələbə Azərbaycan millisini böyük ölçüdə həlledici məqama yaxınlaşdıracaq. Lakin təcrübəli futbolçunun sözlərinə görə, hazırda bu barədə düşünməyin vaxtı deyil: "Bizə keçirəcəyimiz hər oyunda maksimum xal toplamaq lazımdır. Bunu bacarsaq, məsələ özlüyündə həllini tapacaq. İndi Moldova ilə oyunda da bu tapşırığı yerinə yetirməliyik. Amma azarkeşlərsiz oynamaq da çətin olur. Düzdür, səfər oyunlarını azarkeşsiz keçirmək bizə sərf edir. Ancaq Bakıdakı matçlarda fanatlar bizi psixoloji baxımdan oyuna kökləyir, rəqibi təzyiq altında saxlamağa məcbur edir. Yəni bizi daim irəli getmək üçün səsləyirdilər. Rəqib meydanında bu cür sükut yaxşıdır".

Vassura seçmə mərhələnin yeni formatının uğurlu olduğunu söyləyib: "Həm çox oyun keçiririk, həm də azarkeşlər öz milli komandalarını izləmək şansı qazanırlar. Yəni seçmə mərhələ 1 həftə deyil, ən azı 3 ay davam edir. Həyəcan artır. Səfərdə uduzdugun rəqibdən revanş almaq şansın olur".

Falkao
Falkao

Futzalçı 3-cü qrupda ilk 3 turun oyunlarını da dəyərləndirib: "Qrup mərhələsinə güclü rəqiblə start verdik. Nəzərə alsaq ki, əksər oyunçularımız uzun müddət zalda məşq belə keçmirdi, çətinliyi özünüz təsəvvür edəcəksiniz. Problemlərə rəğmən, evdə Slovakiya üzərində qələbə qazandıq. Oyun ağır keçdi, rəqib xüsusilə də birinci hissədə müqavimət göstərdi. Yunanıstan və Moldovaya qarşı sonrakı iki oyunu daha rahat keçirdik. Çünki yaxşı məşqlər etmişdik, üstəlik, oyun təcrübəmiz də var idi. Həm də əsas məqam nəticədir. Biz də qarşıya qoyulan məqsədə doğru itkisiz irəliləyirik. Ümumi götürsək, narazı qalmaq olmaz".

"Sambaçı" qol sevincini daim kamera qarşısında ailəsi ilə bölüşdüyünü də diqqətə çatdırıb: "Hər oyundan qabaq ailəmlə mütləq danışıram. Onlara görüşü izləmək üçün link atıram. Qol vurduqda isə kamera qarşısına qaçır, mesajımı göndərirəm".

Sonda Vassura bir müddət əvvəl Braziliya millisinin keçmiş kapitanı Falkaoya qarşı oyunu barədə təəssüratlarını bölüşüb: "Bu, turnir deyildi. İştirakçılar öz qabiliyyətlərini göstərirdilər. Ora xüsusi istedadı ilə seçilən oyunçular dəvət olunurdu. Mən də iştirak etdim. Təbii ki, Falkao kimi istedadla, əfsanə ilə bir sırada yer almaq müsbət məqamdır".

Qeyd edək ki, bu gün Çoreskudakı “Futzal Arena”da keçiriləcək Moldova - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:30-a başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam