Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Çempionlar Liqası: -Neymar və Benzema həftənin futbolçusu adına namizəd oldu

Çempionlar Liqası: Neymar və Benzema həftənin futbolçusu adına namizəd oldu

UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunun oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

Yenixeber.org: Bu ada Fransa PSJ-sindən Neymar, İspaniya "Real Madrid"indən Kərim Benzema, Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun qapıçısı Anatoli Trubin və İspaniya "Sevilya"sının oyunçusu Yussef En-Nesiri iddia edir.

Neymar Parisdə Türkiyənin "Başakşehir" komandasını 5:1 hesabı ilə məğlub etdikləri matçda het-trik edib. Benzema evdə Almaniyanın "Borussiya" (Mönxenqladbax) klubuna 2:0 hesabı ilə qalib gəldikləri oyunda hər iki qolun müəllifi olub.

En-Nesiri Fransa "Renn"i 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubl edib. Trubin isə İtaliyada "İnter"lə qolsuz bərabərə qaldıqları görüşdə 4 qurtarışla yadda qalıb.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı 

səsvermə

 nəticəsində bəlli olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam