Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"Qarabağ" - "Sivasspor" matçının -azarkeşsiz keçiriləcəyi dəqiqləşdi

Qarabağ - Sivasspor matçının azarkeşsiz keçiriləcəyi dəqiqləşdi

"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Sivasspor"la keçirəcəyi ev oyununa azarkeş buraxılmayacağı dəqiqləşib.

Yenixeber.org: Buna ölkədə koronavirus pandemiyasına görə fanatlarla bağlı qadağa qərarının qüvvədə saxlanılması səbəb olub.

Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində keçirilən Nazirlər Kabinetinin son iclasındakı çıxışı zamanı bildirib ki, idman yarışları azarkeşsiz keçirilməyə davam edəcək. O, həmçinin mini-meydanların fəaliyyətinin də müvəqqəti dayandırılacağını açıqlayıb.

Bir müddət öncə Türkiyə Futbol Federasiyası oyunlarda məhdud sayda azarkeşin iştirakına icazə verilə biləcəyini açıqlamışdı.

Qeyd edək ki, noyabrın 26-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam