Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Qarabağ" Avropa Liqasında -ev oyunlarını keçirmək istədiyi ölkəni açıqladı

Qarabağ Avropa Liqasında ev oyunlarını keçirmək istədiyi ölkəni açıqladı

"Hazırda oyunumuzun harada keçiriləcəyi ilə bağlı bir şey yoxdur. Biz öz alternativ variantlarımızı irəli sürəcəyik. Neytral meydan kimi 3 ölkə təklifi var: Macarıstan, Polşa və Kipr. Bunlarla yanaşı, biz öz təklifimizi də deyəcəyik".

Yenixeber.org: Bunu açıqlamasında "Qarabağ"ın direktoru Emrah Çelikel Avropa Liqasındakı ev oyunlarını neytral meydanda keçirməli olduqlarına dair UEFA-nın qərarını şərh edərkən deyib. Klub rəsmisi qrup mərhələsindəki rəqiblərini Türkiyədə qəbul etmək istədiklərini bildirib: "İstərdik ki, Bakıda oynaya bilməyəcəyiksə, rəqibimizi Türkiyənin hansısa şəhərində qəbul edək. Bu barədə müraciət də edəcəyik. Görək hansı nəticə olacaq? Qərarı UEFA qəbul edəcək".

Çelikelin sözlərinə görə, "Qarabağ"ın ev oyunlarını Bakıda keçirməsi sarıdan heç bir problemləri olmayıb: "Bakıdan daha təhlükəsiz yer varmı? Burada heç bir problem yoxdur. Lakin UEFA belə bir qərar veribsə, gərək əməl edək".

Direktor məsələyə ən qısa vaxtda aydınlıq gəlməsinin vacibliyini də dilə gətirib: "Çünki Avropa Birliyi ölkələrindən birində oyun keçirsək, viza almalıyıq. Əks halda, bu, bizə problem yarada bilər. Vaxt darlığı var. Daha tez bilinməsini istərdik ki, hazırlığı da buna uyğun quraq".

Bu gün "Qarabağ" Təl-Əviv "Makkabi"si ilə I qrupunun ilk tur matçı üçün İsrailə yollanacaq. Görüş oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək. Azərbaycan komandası ilk ev oyununu isə oktyabrın 29-da İspaniya "Vilyarreal"ına qarşı keçirməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam