Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“PKK boru kəmərlərinə hücum edə bilər”

“Türkiyədə stabilliyin pozulması beynəlxalq enerji xətlərinə ciddi təhlükələr yaradıb”.
"Xeberinfo.com":   Məlumata görə, bu barədə ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “kölgə” strukturu hesab edilən “Stratfor”un hazırladığı məqalədə deyilir.

Məqalədə bildirilir ki, Rusiyadan, Azərbaycandan, İrandan və İraqdan gələn neft və təbii qaz Türkiyə tranziti ilə Avropaya çıxır: “Türkiyədə və bölgədəki ekstremist qruplar enerji daşıyan boru kəmərlərinin bəzilərini artıq hədələyirlər. Xüsusilə, İŞİD və PKK əsas təhlükəli qüvvələrdir. PKK Azərbaycan və İrandan təbii qazı Türkiyəyə gətirən boru xətlərinə hücumlar edib. Əgər oktyabrın 10-da Ankarada törədilən terror aktı xəbərdarlıqdırsa, vəziyyət daha böyük təhlükələrə gətirib çıxara bilər”.

“Stratfor” yazır ki, Türkiyədəki daxili stabilliyin pozulması və terrorçuların aktivləşməsi ilk növbədə 16 milyard kubmetr Azərbaycan qazını Avropaya daşıyacaq Trans-Anadolu boru xəttini (TANAP) ciddi şəkildə hədələyir: “Halbuki bu, Rusiya qazından asılılığını bitirmək istəyən Avropa üçün mühüm layihədir. Türkiyənin dostları, müttəfiqləri, eləcə də investorlar üçün bu ölkənin stabilliyi önəmlidir. Misal üçün, Azərbaycanın SOCAR şirkəti və Böyük Britaniyanın bp şirkətinin əsas payçı olduğu, Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olan Cənub Qaz Dəhlizinin təhlükəsizliyi Türkiyənin stabilliyindən çox asılıdır”.

Bu ilin avqust ayında Bakı-Tbilisi-Ceyhan xəttinə PKK-nın hücumunu xatırladan mərkəz yazır ki, kürdlər indi Türkiyənin ən böyük şəhərlərində hər an ayağa qalxmağa hazır vəziyyətdədirlər.

“Belə bir vəziyyətdə Türkiyəyə kapital qoyuluşu çətinləşir və bu ölkədə tranzit olaraq daşınan enerjiyə təhlükə yaradır. Xüsusilə Avropaya təbii qaz daşıyacaq TANAP üçün risklər böyükdür. Hesab etmək olar ki, bu kəmərə yarana biləcək təhlükə Rusiyanın əlinə oynamaqdır. Çünki Avropanın Rusiya qazından xilas üçün ilk seçimi budur. “Türk axını” layihəsində yaranan problemlər fonunda Rusiyanın istəmədiyi hər hansı enerji layihəsinin reallaşması Kremli çox qıcıqlandırar. Buna görə də Türkiyə möhkəm olmağa məcburdur, xüsusilə seçki öncəsi yaranmış kritik vəziyyətdə”,- deyə mərkəz bildirir.(publika.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam