Yenixeber.org: bu gün günorta saatlarında Şəki şəhər sakini, 1965-ci il təvəllüdlü Məhərrəm Tacəddin oğlu Yusifov ağır xəsarət ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Müayinə zamanı onun çanaq sümüyünün sındığı məlum olub.

M.Yusifovun Şəki şəhər ərazisində işlədiyi tikintidə üstünə beton düşdüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.